Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin yerinə hazırlanan sürpriz isim – Qərb Xodorkovski kartını işə salır

Tarix: 26-06-2023 11:38     Baxış: 3269 A- / A+

Rusiyada iyunun 23-dən başlayaraq iki gün davam edən hadisələr başa çatdı. Belorus prezidenti Yevgeni Priqojinlə danışıqlar apararaq onu qiyamı dayandırmağa razı bildi. Beləliklə, Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul etdi.
Yevgeni Priqojin hələ xeyli əvvəldən qiyama cəhdin anonsunu vermişdi. Ukrayna cəbhəsindən yaydığı video yəqin hamının yadındadır. O, Rusiya müdafiə naziri Sergey Şoyqunun və Baş Qərargah rəisi Valeri Gerasimovun istefasını tələb edirdi. Elə iki gün öncə “Vaqner”çiləri Moskvaya doğru istiqamətləndirməsinin səbəbi kimi də bu iki generalın yarıtmaz fəaliyyətini göstərmişdi.
Baş verənlərin Putinin öz hiyləsi olduğunu deyənlərin sayı indi çoxdur. Böhranların idarə edilməsində, hakimiyyətlərin üzləşdikləri çətinliklərdən çıxmaqda belə fəndlər zaman-zaman olub. Yəqin bu da onlardan biri kimi tarixdə qalacaq.
Deyilir ki, Putin Priqojinin əli ilə iki generaldan qurtulmaq istəyir. Ona görə belə böhran yaradıb. Müdafiə naziri Sergey Şoyqunun və Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifələrindən getmələrinə nail olacaq. Putin iki sadiq generalı niyə özündən və vəzifədən uzaqlaşdırsın? Buna niyə getsin? Onların gedişi Rusiyaya nə qazandıracaq? Putinə hansı avantajları verəcək?
Priqojinin qiyam cəhdi əslinə Putin hakimiyyətinə öldürücü zərbə oldu. Üstəlik təhlükə tam aradan qaldırılmayıb.
Putinin əsl dərdi başqadır. O, generallardan qurtulmaq, hansısa hərbi idarədə yeniləmə aparmaq haqda daha az fikirləşir, nəinki başqa məsələ barədə.
Qərbin Rusiyada hakimiyyət dəyişikliyi etmək fikrinin olması sirr deyil. Sadəcə bunu elə etmək istəyir ki, Rusiya kimi nəhəng dağılmasın. Rejim dəyişikliyi olsun, amma Rusiya çox zəifləməsin. Nə güclü Rusiya, nə də çox zəiflədilmiş Rusiya ABŞ-ın və müttəfiqlərinin marağında deyil. Orta səviyyədə gücünü saxlasın, sərhədlərinə nəzarət edə bilsin, fəqət hakimiyyətdəki komanda Qərbin nəzarətində olsun. Eynən Ermənistanda Paşinyan hökuməti kimi. Ondan əvvəl isə Saakaşvili bu rolu oynayırdı. Sonradan hər hansı səbəbdən onun üstünü çizdilər.
Rusiya Ermənistan deyil. Çox nəhəngdir, bunca zəiflədilməsinə rəğmən gücünü saxlaya bilir. Üstəlik ruslar imperiya xalqı olduqları üçün xaricdən idarə olunmaları bir az çətindir. AMİP lideri Etibar Məmmədov demiş, xaricin demokratındansa, özünün diktatoruna üstünlük verir.
Qərbin siyasi texnoloqları istəsələr, cəhd göstərsələr bunu bacararlar.
Bəs ABŞ-ın və müttəfiqlərinin Putinin yerinə hazırladıqları sürpriz isim kimdir? Navalnı? Əlbəttə xeyr. Navalnı bir yem idi, Putinin qarşısına atıldı. Hazırda Putinin girovluğundadır. Navalnı həm də Rusiyaətrafı ölkələr üçün arzuolunmaz şəxs kateqoriyasındadır. Onun və komandasının şovinist rusçu və Rusiyaçı olduğu hər kəsə bəllidir. Ona görə Qərb Rusiyada Putindən sonra elə bir adamı iqtidara gətirmək istəyir ki, onun obrazı zədəli olmasın, qonşu respublikalarda narahatlıq yaratmasın. MDB-nin ictimai rəyində qəbul edilsin.

Deyilənə görə bu şəxs Mixail Xodorkovskidir. Globalinfo.az-ın əldə etdiyi məlumata görə onun namizədliyi və iqtidara gəlməsi istiqamətində ciddi iş aparılır.

Gəlin, öncə Xodorkovkini yaxından tanıyaq. Azərbaycan ictimai rəyində son 10 ildə unudulan şəxslərdən olsa da, gözardı ediləcək fiqur da deyil.

Yeni nəsil onun barəsində məlumatsızdır. Ya da az məlumatlıdır. 20 il öncə Xodorkovski bir əfsanə halına gəlmişdi. Adı hətta seriallarda, filmlərdə keçirdi. “Kurtlar Vadisi”nin 2003-2005-ci illərdə yayımlanan bölümlərində bu ada az qalsın hər bölümdə rast gəlmək olurdu.

Mixail Xodorkovski 26 iyun 1963-cü ildə Moskva şəhərində anadan olub. Rus neft maqnatı və bir vaxtlar Rusiyanın ən varlı adamı, 2003-cü ildə dələduzluq və vergidən yayınma ittihamı ilə həbs olunub . Rusiyanın məşhur oliqarxlarından biri 2013-cü ildə azadlığa buraxılmazdan əvvəl bu və digər cinayətlərə görə mühakimə olunub.

Yəhudi ata və xristian ananın oğlu olan Xodorkovski orta səviyyəli bir ailədə doğulub. Valideynlərinin hər ikisi kimya mühəndisi olub. Oğullarının da kimyaçı olmasını istəyiblər. O, Milxail Qorbaçovun yenidənqurma dalğasında liberallaşdırılmış iqtisadi siyasət çərçivəsində şəxsi sahibkarlıq fəaliyyətinə başlayıb.

Xodorkovski ilk biznesə 1986-cı ildə kafe açmaqla addım atıb. Sonradan biznesini daha da böyüdüb. Kompüter şirkəti, ardından bank təsis edib.

1997-2003-cü illər onun parlayan dövrü idi. Rusiyanın ikinci ən böyük neft şirkəti “Yukos”un rəhbəri olub. 1999-cu ilin dekabrında Boris Yeltsenin istefasından sonra Vladimir Putinlə toqquşdu. Hakimiyyətə yeni gəlmiş Putin fəal şəkildə oliqarxların gücünü cilovlamağa çalışdı və 2000-ci ilin iyulunda onlara kompromis təklif etdi: siyasətdən kənarlaşsalar öz sənayelərində sərbəst hərəkət etməyə imkan veriləcək. Xodorkovski bu sövdələşməni rədd etdi və Putinin müxalifətini dəstəklədi. Əslində isə bu, hakimiyyətə gəlmək yolunda tramplin sayılırdı. Onun gözü Rusiyanın 1 nömrəli kreslosuna dikilmişdi.

M.Xadarkovski hakimiyyətə doğru irəliləyirdi. 2003-cü ildə barəsində cinayət işi qaldırıldı və həbs edildi. 2013-cü ildə – 10 həbsdə qaldıqdan sonra prezident Vladimir Putinin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdı.

Xodorkovski hələ o vaxtlar Qərbin layihəsi kimi tanınırdı. Onu Putinə qarşı qoymaq, onun alternativi etmək də, deyilənə görə, ABŞ-ın, müttəfiqlərinin ideyası olub. Lakin onlar Putini yaxşı tanımadıqları üçün Xodorkovski layihəsi iflasda uğradı.

Görünür, bu layihə yenidən aktuallıq qazanıb. Bunun nə dərəcə doğru olduğunu, reallıq əmsalının hansı dərəcədə qərarlaşdığını demək çətindir. Sadəcə bir şey gün kimi aydındır: Qərb Putindən sonrakı mərhələ üçün hazırlıqlar içindədir. Əlini əlinin üstünə qoyub gözləmək fikrində deyil. Əks təqdirdə Çin kimi bir rəqib Rusiyaya sahiblənə bilər…

Qərb yəqin ki, Rusiyanın işğalçı, aqressiv obrazını dəyişmək, bu imkanlara malik resursunu idarə etmək üçün orda rəhbər dəyişikliyi etməyə ehtiyac duyur. Xodorkovski bu istəyə tam cavab verir. Onun əli ilə Ukrayna müharibəsi dayandırıla, davamlı sülhə nail oluna bilər. ABŞ-Britaniya və AB üçlüyü Ukrayna ilə bağlı istədiklərinə nail oldular. Bu nəhəng dövlət param-parça edildi, bölündü, zəiflədildi. Onu indən sonra Avropa ailəsinə almaq olar. Putinin missiyası başa çatır...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar