Xəbər lenti
Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.
Qeyd edilməlidir ki, qırx dörd günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti ordu quruculuğu istiqamətində əvvəlki xərclərini nəyinki qoruyub saxladı, eyni zamanda, hərbiyə olan diqqət və qayğını daha da artırdı. Müdafiə qabiliyyətimiz hələ də ölkənin milli maraqlarını təmin edən əsas amil olaraq qalır. Ölkəmizin müdafiə siyasətinin əsas məqsədi əhalinin dinc yaşamasını, dövlətin suverenliyi və müstəqilliyini təmin etməkdir. Bu mənada Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olması, hərbi hissəyə Döyüş bayrağını təqdim etməsi, orada səsləndirdiyi fikirlər ordu quruculuğu üçün görülən işlərin miqyasını təsəvvür etməyə imkan verir.
Postmüharibə dövründə dövlətin hərbi xərcləri daha da artırılıb, gənclərin hərbiyə marağı yüksəlib, bir sözlə Ordumuz daha da güclənib. Ərazisinin 20 faizi 30 il ərzində işğal altında olan Azərbaycan bu gün diktə edən bir ölkəyə çevrilib. Biz Ermənistanla şərti sərhəddə əlverişli mövqelərə sahibik. Bütün strateji yüksəkliklər bizdədir. Bu da daha geniş ərazilərə nəzarət üstünlüyümüzü təmin edir. Vətən müharibəsindən sonra silah istehsal edən xarici şirkətlərlə biz yeni müqavilələr imzalamışıq. Yeni pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli dağıdıcı uzaqmənzilli raketlərin sifarişlərini vermişik. Bizim silah arsenalımız daim yenilənir, müasir silahlarla zənginləşir. İqtisadi gücümüz imkan verir ki, biz yeni hərbi hissələr yaradaq, müasir döyüş texnikaları, silahlar alaq. Dövlət büdcəsində iki istiqamətə xüsusi diqqət ayrılıb. Ordu quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun bərpası. Hər iki istiqamətdə işlər sürətlə davam etdirilir.
Azərbaycan Ordusu müharibədən sonra bir neçə dəfə Ermənistana öz gücünü göstərib. Heç kəs düşünməsin ki, müharibə bitib, Azərbaycan Ordusu təxribatlara cavabsız qalacaq, qisas əməliyyatları aparmayacaq. Ermənistan onu dəstəkləyən qüvvələrə arxayın olub, regionda özünü şıltaq, sözəbaxmayan uşaq kimi aparır. Sanki onlar hər şeyi edə bilər və heç kəs buna görə onları cəzalandırmamalıdır. Biz istəsək yeni ərazilərə nəzarəti təmin edə bilərik. Amma etməmişik. Ermənistana xəbərdarlıq etmişik ki, özlərini yaxşı aparmasalar, nəticə onlar üçün daha acınacaqlı ola bilər. Bizim Ermənistandan tələbimiz beynəlxalq hüquqa, yeni reallıqlara əsaslanır. Sərhədlərin nitqdə deyil, sənəd üzərində tanınması, silahlı ermənilərin Qarabağdan çıxarılması və Zəngəzur dəhlizinin açılması. Prezident İlham Əliyev çıxışında bəyan etdi ki, bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır.
30 illik işğal dönəmində Azərbaycan Prezidenti dəfələrlə hərb variantının masa üzərində olduğunu dəfələrlə Ermənistana və onun himayədarlarına xatırladıb. Amma Ermənistan rəhbərliyi Azərbaycan tərəfinin bu xəbərdarlıqlarından nəticə çıxarmırdı. Danışıqlar prosesini süni şəkildə uzadırdılar. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Ordumuz onların məkrli planlarını alt-üst etdi. Düşmən hələ də onlara vurduğumuz sarsıdıcı zərbənin təsirindən özünə gələ bilməyib. “Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir”, - deyən Azərbaycan Prezidenti xatırlatdı ki, bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq.
Dövlətimizin başçısı onu da qeyd etdi ki, iki ay öncə Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Doğrudan da, Ordumuz bir çoxları üçün mümkünsüz görünən işləri həyata keçirməyi bacarır”. O əlavə edib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında layiqli yer tutur. Azərbaycan Ordusunun dəf edə bilməyəcəyi maneə yoxdur. Sözsüz ki, bu ölkə rəhbərliyinin hərbi quruculuq istiqamətində yürütdüyü məqsədyönlü fəaliyyətinin nəticəsidir. Şübhə yoxdur ki, biz yaxın gələcəkdə daha güclü olacaq Azərbaycan Ordusunun yeni zəfərlərinin şahidi olacağıq.
Vidadi Murtuzayev
Hüquqşünas
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar