Xəbər lenti
Putin xalqa müraciətində buna işarə etdi - Politoloq
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu “Vaqner”in Rusiyada qiyamı və Vladimir Putinin xalqa müraciəti haqda bildirib.
O qeyd edib ki, İkinci Nikolay gərəksiz halda “serb qardaşlarımıza dəstək” bəhanəsiylə Rusiya imperiyasını Birinci Dünya müharibəsinə daxil etdi:
“Müharibədə Rusiya imperiyasının vəziyyəti ağırlaşdı, itkiləri artdı, iqtisadiyyat çökdü, bundan istifadə edən bolşeviklər hakimiyyəti ələ keçirdilər, İkinci Nikolayı da ailəsi ilə güllələdilər. 100 ilin hadisələri ilə bugünkü hadisələr arasındakı fərq sadəcə bundan ibarətdir ki, bolşeviklər İkinci Nikolayın düşməni idilər, “Vaqner” muzdlu qruplaşması və qruplaşmanın rəhbəri Priqojin isə Putinin məhsuludur, o özü bunları yaradıb və indi bunun ağrısını çəkir.
Priqojin son aylarda müharibə haqqında real vəziyyəti söyləyənlərdən biri idi. Priqojin yaxın günlərdə həbs olunmasa və ya öldürülməsə, Rusiya 100 il əvvəlki vətəndaş müharibəsinə sürüklənəcək. Müharibə və ordu haqqında doğruları söylədiyinə görə Rusiya cəmiyyətində və orduda Priqojinə rəğbət artmışdı. Putin köhnə dostunu dayandıra bilməsə, vəziyyət Kreml sahibi üçün qəlizləşəcək.
Mövcud durum Qərbin, Ukraynanın və nə gizlədək, Azərbaycanın da maraqlarına cavab verir. Rusiyanın başı özünə qarışmalıdır ki, əlini qonşu ölkələrdən çəksin. Rəhmətlik öndərimiz Məhəmməd Əmin Rəsulzadə demişkən, Rusiya zəiflməyənə qədər qonşu dövlətlərə rahat həyat olmayacaq. Putin Priqojini bir yolla neytralşdırsa belə, Rusiyanın Ukraynadakı müharibəni əvvəlki güclə aparması çətinləşəcək. Rusiya cəmiyyətində həm Putinə inam azalacaq, həm də müharibədən yorğunluq özünü göstərəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar