Xəbər lenti
Ya masa, ya əməliyyat: Rəsmi Bakının qəti mövqeyi
“Çox maraqlıdır ki, son dövrlərdə bəzi beynəlxalq təşkilatlar ermənilərin əsassız çağırışlarına yeri gəldi-gəlmədi istinad etməyə başlayıblar. Xüsusilə Laçın yolu ilə bağlı məsələdə bunu görürük”.
Manevr.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib. O bildirib ki, amma 10 noyabr üçtərəfli Bəyanatının 4-cü bəndi pozulub və bu günə qədər də pozulmağa davam edir:
“Ermənilər guya 10 noyabr Bəyanatının bəzi müddəalarının yerinə yetirilmədiyini bütün dünyaya car çəkirlər. Lakin erməni terrorçularının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı məsələ indiyə qədər öz həllini tapmayıb. Bu məsələ həllini tapmadıqca, orada olan separatçılar da özlərində bir güc hiss edirlər və Azərbaycanla revanşist ritorika ilə danışırlar.
Ona görə də danışıqlar dalana dirənir və sülh müqaviləsi imzalanması istiqamətində atılan addımlarda ləngimələr baş verir. Təbii ki, bütövlükdə bu prosesin arxasında pozuculuq və ermənilərin separatçılara dəstək vermə siyasəti dayanıb. Ona görə də razılaşma əldə olunmur. Ən azından 10 noyabr Bəyanatının həmin bəndi icra olunmalıdır. Separatçılar ya silahlarını qoyub getməli, ya təslim olmalı, ya da zərərsizləşdirməlidirlər.
Əks halda, bu danışıqlar dalana dirənəcək və nəyəsə nail olmaq mümkün olmayacaq. Mütləq mənada Azərbaycan ərazisində olan qanunsuz silahlı dəstələr tərksilah olunmalı və zərəsizləşdirilməlidir. Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilər isə ərazilərimizi tərk etməlidirlər. Yalnız bundan sonra hansısa güzəştə getmək mümkündür. Ermənilər normal düşüncə ilə məsələlərə yanaşmırlar və razılaşmanın əldə olunması ilə bağlı heç bir müsbət addım atmırlar”.
Partiya sədri əlavə edib ki, hazırda heç bir dialoqdan söhbət gedə bilməz:
“Necə ki, orada silahlı dəstələr, quldurlar var, onlar elə bu cür ritorikaya da davam edəcəklər. Üstəlik, Azərbaycana inteqrasiya olmayacaqlarını mütəmadi şəkildə dilə gətirərək, mövqelərini ortaya qoyurlar. Sirr deyil ki, onların orada mövcudluğuna zəmin yaradan Rusiyanın sülhməramlı adlandırılan hərbi kontingentidir.
Onlar həmin silahlıların mövcudluğuna şərait yaradırlar. Faktiki olaraq, onları orada qoruyub saxlayırlar. Üstəlik, həmin qeyri-qanuni silahlılar elə rusların müşayiəti ilə mövqe dəyişiklikləri edirlər. Düşünürəm ki, bu hal davam etdikcə, heç bir razılaşma əldə olunmayacaq. Birmənalı olaraq qeyri-qanuni silahlılar Qarabağı tərk etməli və ya antiterror əməliyyatları ilə zərərsizləşdirilməlidirlər.
Yalnız bundan sonra Qarabağda yaşayan dinc erməni əhalisi ilə danışıb, onların ölkəmizin qanunları çərçivəsində, Azərbaycan vətəndaşlığını qəbul edərək orada yaşaması rəsmi Bakının mövqeyi ola bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar