Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın bu açıqlamalarından sonra Ermənistan çökəcək - ŞOK PROQNOZ

Tarix: 21-06-2023 15:50     Baxış: 3241 A- / A+

“Paşinyanı 44 günlük müharibənin həqiqətlərini açıqlamağa Daşnaksütyun partiyası və erməni kilsəsi məcbur edir. Təbii ki, bunların da arxasında İran, Fransa və Rusiya dayanıb. Əsas məqsəd Paşinyanı susdurmaq idi. Lakin o, bəzi həqiqətləri açacaq”.
Manevr.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Ermənistan parlamentində 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında Paşinyanın sensasiyalı ifadəsini şərh edən politoloq Cümşüd Nuriyev deyib.
Həmçinin politoloq Paşinyanın açıqlayacağı məqamlar barədə öz mülahizələrini irəli sürüb:
“Paşinyan Ermənistan ordusunun zəif olduğunu, hətta mövcud olmadığını bildirə bilər. Orduda korrupsiya məsələsinə də toxunacağı gözləniləndir. Xaricdən gələn muzdlulara sənədlərdə 2500-3000 dollar verildiyi qeyd edilirdi. Lakin onlara sadəcə 1000 dollar verilirdi. Orduda hər bir əsgərdən 1000-1500 dollar gəlir götürülüb. Paşinyanda da dəqiq sənədlər var. Həmin sənədlərlə bağlı istintaq işi gedir”.
Rusiyadan alınan silahların köhnə olması məsələsini diqqətə çatdıran Cümşüd Nuriyev vurğulayıb ki, vaxtı keçmiş silahlar müharibə üçün əlverişli deyildi:
“Yeriyən tankın, atılan topun dəqiqliyi yox idi. Bu, böyük pul itkisi deməkdir. Paşinyan çox gözəl bilir ki, ruslarla farsların birgə planları olub. Azərbaycana qarşı ikisi bir cəbhədən vuruşub. Lakin ölkəmizdə müharibəyə hazırlıq ərəfəsində təhlükəsizlik orqanları çox ciddi işləyirdilər. Bütün bunların hamısı erməniləri çox qəzəbləndirirdi. Həm Sarkisyan, həm də Koçaryan Qarabağ üzərindən maddi maraq güdürdülər. Düşünürəm ki, Paşinyan bunu da gündəmə gətirəcək”.
Politoloqun sözlərinə görə, Azərbaycanın müharibə planı uğurlu idi.
“Müharibə zamanı Ermənistanın bütün strateji yerlərini, istehkamlarını Azərbaycan kəşfiyyatı ələ keçirmişdi. Əsas hədəflər bəlli idi. Azərbaycan tərəfindən Ermənistana hansısa məlumat sızmamışdı. Ermənistanın müharibəni, xüsusən də Şuşanı uduzmasının bir neçə səbəbi var. Onlardan da biri Paşinyandan əvvəlki hakimiyyətın Şuşada məskən salması idi. Paşinyansa Şuşada yallı getməkdən başqa bir şey etmirdi. Daha sonra isə bəzi mənbələrdə yazılmışdı ki, Paşinyanın Qarabağla bağlı əsas marağı biznesdir. O məcburdur ki, bu gizli məqamları açsın. Çünki Azərbaycanla Ermənistan arasında sülh sazişinə əngəl olan ölkələr var. Bu ölkələr geri çəkilməlidir. Erməni Baş nazir həddən artıq təzyiq altındadır. Həm Qərbdən təzyiq edirlər ki, sülh sazişini imzala, həm də Rusiya, İran və Fransa buna mane olur. Paşinyan bu ziddiyyətlərin arasında aciz qalıb. Başını itirib, bilmir nə etsin. Bu dəqiqə Ermənistanda Rusiyanın “5-ci kolon”u İranın “5-ci kolon”u ilə birləşib. İndi də onlara fransız “5-ci kolon”u yaxınlaşır. Düşünürəm ki, Baş nazirin açıqlamalarından sonra Ermənistan siyasi cəhətdən çökəcək”.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar