Xəbər lenti
Bakının Qarabağdakı son hadisələrlə bağlı qərarı – Deputat açıqladı
Laçın yolunda və Ermənistanla şərti sərhəddəki hazırkı vəziyyət növbəti antiterorr əməliyyatları ilə bağlı müzakirələri gücləndirir. Bölgədə kommunikasiya xətlərinin açılması və müxtəlif platformalarda sülh danışıqlarının davam etdiyi müddətdə bu təxribatların baş verməsi xüsusi diqqət çəkir. Proseslər çərçivəsində baş verənlər bəzi dairələrin sülhə mane olmağa çalışması kimi dəyərləndirilir.
Eyni zamanda ABŞ-ın Bakı ilə dialoq üçün Xankəndidəki separatçı rejimə təzyiq göstərməsi ilə bağlı iddialar və Moskvanın buna sərt reaksiyası regionda proseslərin inkişafı ilə bağlı bir sıra suallar doğurur.
Bəs hazırkı vəziyyətdə Azərbaycan necə bir yol izləməli,nə kimi addım atmalıdır? Yaxın günlərdə bölgədə eskalasiya gözləniləndirmi?
Manevr.az-ın xəbərinə görə, mövcud prosesləri Globalinfo.az-a dəyərləndirən Milli Məclisin Deputatı Naqif Həmzəyev bildirib ki, Bakı hazırda təmkinli olmalıdır, mövcud şəraitdə antiterror əməliyyatları arzuolunan deyil:
“Hesab edirəm ki, bu təxribat separatçı və revanşist qüvvələrin son çırpıntılarıdır. Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyən qüvvələrin işidir. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan ermənilər və erməni havadarlarıdırlar. Bu baxımdan biz bacardığımız qədər təmkinli davranmalıyıq. Ermənistanın bu kimi təxribatlarının qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən hər zaman uğurla alınıb, onlara ağır zərbələr endirilib. Ona görə də prosesləri soyuqqanlılıqla izləməliyik. Əgər təxribatlar davam edərsə, onsuz da silahlı qüvvələrimiz lazımlı tədbirləri görəcəkdir. Amma hazırda Ermənistanla dialoqun uğurla davam etdiyi ərəfədə irimiqyaslı antiterror əməliyyatlarının keçirilməsi arzuolunan deyil.
Ermənistanı sülhə məcburetmə siyasətini uğurla həyata keçirmişik. Bu uğurlu siyasətin məntiqi nəticəsini əldə etməyə yaxınlaşırıq. Ona görə də imkan verməməliyik ki, Ermənistandakı revanşist qüvvələr və onun havadarları öz istəklərinə çatsınlar. Zamanla bütün məsələləri həll edəcəyimizə inanırıq. İrəvan onsuz da bilir ki, Bakı ilə təhdidlə danışmaq olmaz. Bütün bu təxribatların məqsədi danışıqlar prosesində əldə edilmiş uğurların sıfırlanmasına gətirib çıxarmaqdır”.
Qeyd edək ki, təxribatlar nəticəsində iki erməni hərbçinin zərərsizləşdirildiyi, birinin isə yaralandığı deyilir. Həmçinin Laçın postunun atəşə tutulması nəticəsində yaralanan Azərbaycan ordusunun hərbçisinin vəsiyyəti stabildir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar