Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bu tarix güclü və müstəqil dövlətçiliyimizin bünövrəsinin qoyulduğu gündür - Deputat

Tarix: 14-06-2023 16:33     Baxış: 3249 A- / A+

Müşfiq Məmmədli,
Milli Məclisin üzvü


Bu il Azərbaycanın müstəqillik dövrünün ən mühüm siyasi hadisələrindən olan Milli Qurtuluş Gününün 30-cu ildönümü tamam olur. 30 il əvvəl yaranan bu tarix xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən güclü və müstəqil dövlətçiliyimizin bünövrəsinin qoyulduğu gündür. 
1993-cü ilin keşməkeşli iyun günlərini yaxşı xatırlayırıq. Hakimiyyətdə olan qüvvələrin idarəçilikdəki kobud səhvlərinin nəticəsi olaraq bir tərəfdən torpaqlarımız Ermənistan tərəfindən işğal olunur, bir tərəfdən də sapı özümüzdən olan baltaların dəstəyi ilə respublikamızda separatçılıq güclənirdi. Gəncədə baş verən silahlı toqquşma və qardaş qırğınıın törədilməsi isə cəmiyyətimizin mənəvi sarsıntısına səbəb olmuşdu. Həmin günlərdə kuliminasiya nöqtəsinə çatan hərbi-siyasi proseslər əslində hakimiyyəti hərbi yolla ələ keçirən AXC-Müsavat qaragüruhunun ilk vaxtdan yürütdüyü yarıtmaz siyasətin məntiqi nəticəsi idi. 
Həmin dövrdə dövlətimizin taleyinə biganə qala bilməyən insanlar, ziyalılar, sosial və siyasi statusundan asılı olmayaraq sağlam mövqeyi olan hər kəs bütün bunları görür və Azərbaycanın gələcəyi üçün dərin narahatlıq keçirirdilər. Bu mənada hələ 1992-ci ilin noyabr ayında görkəmli dövlət xadimi, Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın taleyinə biganə qala bilməyən insanların ortaya qoyduqları siyasi iradənin göstəricisi idi. 
Elə buna görə də 1993-cü ilin təlatümlü iyun ayında, uçurum qarşısında qaldığımız ağır günlərdə sabaha olan ümidlərimiz tükənməməmişdi. Çünki Heydər Əliyev faktoru vardı. Ölkədəki hərc-mərcliyin, hərbi-siyasi çəkişmələrin, vətəndaş qarşıdurmasının və bütövlükdə dövlətimizin xilası üçün bütün xalq Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini arzu edirdi. 
Dövlətimizin taleyi üçün dərin narahatlıq keçirən Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 9-da Bakıya gəlişi proseslərin tamamilə fərqli məcrada cərəyan etməsinə səbəb oldu. Yaxşı yadımızdadır ki, Heydər Əliyevin gəlişi ilk növbədə mənəvi sarsıntılara, bədbinliyə son qoydu və cəmiyyətdə yüksək əhval-ruhiyyəyə yol açdı. Hər kəs sevinirdi və bilirdik ki, Heydər Əliyevin gəlişi ilə bütün iztirablar başa çatacaq və belə də oldu. 
1993-cü ilin iyun ayının 15-də Ulu Öndərin Ali Sovetinin Sədri seçilməsi ilə Azərbaycanın təhlükə və böhranlardan qurtuluşunun təməli qoyuldu. Bu qayıdışla Azərbaycanın müstəqilliyini istəməyən, dövlətçiliyimizin məhv olmasını arzulayan bütün antimilli qüvvələrin planları iflasa uğradıldı. Bu qayıdışla Azərbayacanı qüdrətli dövlətə çevirən Heydər Əliyev siyasi kursu başladı. 15 iyun tarixi isə təqvimə Milli Qurtuluş Günü kimi həkk olundu. 
Aradan illər ötdükcə, zaman kəsiyi uzandıqca, Azərbaycan daha da gücləndikcə, inkişaf etdikcə Heydər Əliyevin o ağır dövrdə gördüyü işlərin mahiyyətini, məzmununu, Ulu Öndərin həmin mürəkkəb şəraitdə hansı çətinliklərə qalib gəldiyini daha dərindən anlayırıq. 
İndi Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Heydər Əliyev yolunu qətiyyətlə davam etdirən, Ulu Öndərin ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə tariximizin şərəfli səhifələri yazılır. Vətən müharibəsində qazanılan qələbə, ərazi bütövlüyümüzün bərpası hər birimizin qürur mənbəyimizdir. Bu uğurlarımız həm də göstərir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin tarixinin ən qüdrətli mərhələsinə yüksəltdiyi Azərbaycan artıq qarşısında dayanan bütün hədəflərə çata bilən dövlətdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar