Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan hökumətdə təmsil olunmayan Sinan Oğanı özü ilə Azərbaycana niyə gətirib? - İLGİNC SƏBƏBLƏR

Tarix: 13-06-2023 19:20     Baxış: 4229 A- / A+
Hökumətdə təmsil olunmadığı və heç bir vəzifə daşımadığı halda Sinan Oğanın Ərdoğanın kortejində Azərbaycana gəlməsi və Əliyevlə görüşdə təqdim olunması böyük maraq doğurub. Bir çox siyasi analitiklər Oğanın Azərbaycana səfər edən diplomatik korpusun tərkibində yer almasını təəccüblə qarşılasalar da, bəziləri müxtəlif arqumentlərlə bunu anlamağa çalışıblar. Bəs görəsən, Ərdoğan hökumətdə təmsil olunmayan Sinan Oğanı Azərbaycana niyə gətirib?


Manevr.az-ın xəbərinə görə, mövzunu Konkret.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, “ATA” ittifaqının vahid namizədi Sinan Oğanın Ərdoğanla birlikdə Azərbaycana səfərə gəlməsi həqiqətən də diqqət çəkir: “Seçki prosesinə qayıtmaq və qeyd etmək lazımdır ki, Sinan Oğanla bağlı çox ciddi iddialar irəli sürüldü. Xüsusilə onun Azərbaycan prezidenti ilə təmaslarının olması, seçkilərdə bu faktor əsasında Ərdoğana dəstək verməsi kimi əsassız iddialar səsləndi. Amma real yanaşmaq lazımdır ki, Sinan Oğan bir Türk millətçisidir və müxalif partiya nümayəndəsidir. Onun Ərdoğana səs verməsində Azərbaycan Prezidentinin təsirinin olduğunu güman etmirəm. Bu, çox zəif bir yanaşmadır və həqiqəti əks etdirmir. Ümumiyyətlə, Ərdoğan kifayət qədər xarizmatik bir liderdir və hətta qardaş ölkənin dövlət başçısının Türkiyə seçkilərinə müdaxiləsinə razı olmazdı. Bu baxımdan Sinan Oğanın seçkilərdə Ərdoğana dəstək verməsi əslində onun konstruktiv addımı kimi dəyərləndirilməlidir. Yəni Oğan Ərdoğanın qələbə qazanacağını bilirdi və Kılıçdaroğlunu dəstəkləmək onun kariyerası üçün müsbət heç nə vəd etmirdi. Sinan Oğanın məhz AKP liderini dəstəkləməsi və Ərdoğanın qələbə qazanması fonunda “ATA” ittifaqının namizədinin yeni qurulan hökumətin tərkibində Azərbaycana səfər etməsi təəccüblü görünsə də, reallıqdır”.

Politoloqun sözlərinə görə, Sinan Oğan millətçi bir şəxsdir və ideoloji baxımdan Ərdoğana yaxındır: “Təsadüfi deyil ki, Milliyətçi Hərəkət Partiyası da Ərdoğanın cinahında yer alır. Dövlət Baxçəlinin özünün də vaxtilə Ərdoğanla birlikdə səfərləri olub. Bu baxımdan Sinan Oğan və Dövlət Baxçəlinin funksiyaları bir-birinə bənzədilə bilər. Həm Azərbaycan, həm də Türkiyə ilə bağlarının olması Sinan Oğanı iki tərəf üçün də ortaq dəyər halına gətirib. Odur ki, Türk Dövlətləri Təşkilatının formalaşmasında və yeni tərtibatın hazırlanmasında Sinan Oğana bir missiya verilə bilər. Doğrudur Sinan Oğanın hansı vəzifəyə təyin olunacağına və ya ona hansı güzəştlər ediləcəyinə dair dəqiq məlumat yoxdur. Amma ümümulikdə, onun Ərdoğanla birlikdə Azərbaycana səfər etməsi Sinan Oğanın AKP liderinin nəzərində etibar sahibi olduğunu deməyə əsas verir. Görünür rəqibi olsa da, Ərdoğan və Oğanın münasibətləri normaldır və AKP lideri onu etibarlı tərəfdaş sayır. Ona görə də, Sinan Oğana hansısa vəzifənin veriləcəyi gözləniləndir. Düşünürəm ki, Dövlət Baxçəlidən sonra Sinan Oğanın MHP-yə qayıdışı və hətta partiyanın rəhbəri olması mümkündür. Amma dövlətdə də Sinan Oğana müəyyən vəzifə verilə bilər. Ərdoğan Sinan Oğanın seçkidə onu dəstəkləməsini müsbət dəyərləndirib. Amma bu dəyərin hansı formada təzahür edəcəyi bəlli deyil və bunu zaman göstərəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar