Xəbər lenti
Sülh buna görə imzalanmır: Qərb və Rusiyadan iki fərqli yanaşma - Mühüm fakt
İndiki halda müşahidə edilən odur ki, proseslərin nəzarəti sanki Rusiyanın əlində cəmləşib. Proseslərin pozulması da Rusiyanın siyasi iradəsi ilə bağlıdır. Bu da Ermənistanın köməyi ilə edilir. Çox hallarda da bu pozuculuq niyyətləri reallaşır. Azərbaycanla Ermənistan arasında şərti sərhəd xəttində baş verən təxribatlar, eyni zamanda Vaşinqtonda hər iki ölkə xarici işlər nazirləri arasında nəzərdə tutulan görüşün təxirə salınması bu mənada xüsusi ilə qeyd edilməlidir.Manevr.az-ın xəbərinə görə, bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, bu cür pozucu hallar birbaşa Moskvanın səyləri ilə bağlıdır:
“Bölgədə Qərbin təsir imkanlarını tamamilə heçə endirmək üçün bu addımlar atılır. Cənubi Qafqazda bütün prosesləri Rusiya məhz öz nəzarətində saxlamağa çalışır. Amma proseslərin ümumi mənzərəsi onu deməyə əsas verir ki, Rusiyanın bu cəhdləri baş tutmayacaq”.
Politoloq hesab edir ki, hazırkı mərhələdə Rusiyanın bu hallara qarşı resurs və imkanları zəifdir:Qabil Hüseynliyə görə, Brüsseldə Vaşinqtonda XİN rəhbərlərinin baş tutmayan görüşü əvəz edilmiş olacaq:
“Eyni zamanda Brüssel görüşünə qədər XİN rəhbərlərinin görüşünün baş tutma ehtimalı da az deyil. Fakt isə odur ki, Qərb vəziyyəti mümkün qədər nizamlamağa çalışır. Rusiya isə münasibətlərin pozulmasında maraqlı görünür. Son zamanlar müşahidə edilən bütün pozuculuq niyyətləri də burada açıq-aşkar görünür. Rusiya artıq açıq kartlarla oynamağa başlayıb”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































