Xəbər lenti
Sərhəddə gərginlik yenidən alovlandı: “soyuq duş” əməliyyatı gözlənilir
Son günlər Ermənistan-Azərbaycan təyin edilməmiş şərti sərhədində atəşkəsin tez-tez pozulması müşahidə edilir. İki ölkə arasında müxtəlif formatlarda sülh danışıqlarının intensiv getdiyi bir zamanda bu cür insidentlərin baş verməsi diqqət çəkir.
Ermənistan Baş naziri Nikol Paşinyanın son zamanlar verdiyi müsbət mesajlar fonunda baş verən olaylar tərs mütənasiblik təşkil edir.
Maraqlıdır, Ermənistanın bu cür sərhəd təxribatı törətməkdə məqsədi nədir? Rəsmi İrəvan sülhdən yayınır, yoxsa başqa bir oyun oynayır? Baş verən təxribatların pərdəarxasında Rusiya faktoru var? Azərbaycan bütün bu təxribatlara cavab olaraq Qarabağda antiterror əməliyyatları keçirib separatçıları birdəfəlik məhv edə bilər?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ermənilərin sərhəddə həyata keçirdikləri pozuculuq fəaliyyətləri, o cümlədən fortifikasiya qurğularının quraşdırılmasına cəhd və atəşkəsin pozulması baş nazir Nikol Paşinyanın iyunun 7-də Rusiyaya səfərindən sonra intensivləşdi:
Kənan Novruzov
“Düşünürəm ki, bu, təsadüfi deyil. Ehtimal edirəm ki, rəsmi Moskva sülh prosesinin yetişdiyini görür və prosesə mane olmaq istəyir”.
İkinci bir tərəfdən N.Paşinyan son zamanlar Rusiya əleyhinə bəyanatlar səsləndirir. Rusiyanın təxribatlarla həm yetişən sülhə nail olmağa, həm də N.Paşinyanı cəzalandırmağa cəhd etməsi mümkündür. Ermənistan daxilindəki əlaltıları vasitəsilə “suları bulandırmaq” Moskva üçün çox asandır.
Üçüncü bir tərəfdən, məlum olduğu kimi, hazırda sülh danışıqları daha çox Qərb platformalarında davam edir. Rusiya bunu qəbul etmir. Odur ki, süni gərginlikdən sonra rəsmi Moskva “daşları yerinə oturmağa” çalışmaqla öz müsbət rolunu, o cümlədən sülhməramlıların rolunu göstərə bilər.
Təxribatların ardınca Ermənistanın xarici işlər nazirləri arasında keçirilməsi nəzərdə tutulan Vaşinqton görüşünün təxirə salınması barədə açıqlaması da diqqət çəkir. Bu, İrəvanın sülh prosesindən uzaqlaşdığını və ya uzaqlaşdırıldığını göstərir”.
Ekspert hesab edir ki, hazırkı gərginlik bizdən daha çox Ermənistanın maraqlarına zərbədir:
“Çünki biz sülhsüz yaşaya bilərik, İrəvan üçün isə bu, çox çətindir. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadıqca Qərb və Rusiya arasında gedən mübarizənin qurbanı olacaq.
Düşünürəm ki, yeni anti-terror əməliyyatına start verilməsi gözləniləndir. Görünür, Ermənistan hərbi-siyasi hakimiyyətinin “soyuq duşa” ehtiyacı var. Bundan sonra onlar reallıqları daha yaxşı başa düşə və nəhayət, lazım olan siyasi iradəni göstərə bilərlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar