Xəbər lenti
General: Seçki bitdi, Azərbaycan əməliyyata başlaya bilər
Ermənistanın Azərbaycana qarşı törədəcəyi təxribatlara cavabı mütləqdir. Azərbaycanın bu situasiyada atacağı addım onların mümkün təxribatlarına adekvat cavab verməkdən ibarətdir. Sülh danışıqlarından sonra irəliləyiş qeydə alınmayacağı təqdirdə anti-terror əməliyyatlarına başlamaq lazımdır.
Manevr.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general Yücel Karauz deyib.
O bildirib ki, təxribatlar mərhələsi əbədiyyətə qədər davam etməməlidir:
"Bu, artıq Qırğızıstanda-Bişkekdə imzalanan atəşkəs anlaşmasından sonra sürən 27-28 illik bir mərhələ deyil. Beynəlxalq hüquq və Ermənistanın özü də Azərbaycanın haqq davasının doğru olduğunu, Qarabağın Azərbaycan torpaqları olduğunu qəbul edir. Ərazi bütövlüyünü tanıyır".
O, seçkilərdən sonrakı dönəmdə Türkiyənin Azərbaycana qarşı siyasəti və Qarabağdakı antiterror əməliyyatlarında gözlənilən rolundan danışıb.
“Türkiyədə qeyri-müəyyənlik dönəmi başa çatdı və seçkilərdən sonra Türkiyənin Azərbaycana yanaşması, siyasəti dəyişmir. Sözsüz ki, Şuşa Bəyannaməsi dünya durduqca duracaq. Bu, Türkiyə-Azərbaycan bərabərliyini dəmir yumruq şəklində havaya qaldırmış bir anlaşmadır.
Azərbaycan ordusu özünü müasir texnikası, hərbi avadanlıqları, qəhrəman əsgərləri ilə Qarabağdakı təxribatlara son qoya biləcək iqtidardadır. Şuşa Bəyannaməsi istiqamətində meydana gələ biləcək məsələlərdə Türkiyə maddi-mənəvi baxımdan Azərbaycanın yanında olmağa davam edəcək. Azərbaycan torpaqlarında təhlükə meydana çıxarsa, Türkiyə öhdəsinə düşənləri hər zaman yerinə yetirəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar