Xəbər lenti
Sivil danışıq alınmadı: Antiterror əməliyyatları üçün qərar... - Vaxt açıqlandı
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

“Bu da ondan xəbər verir ki, Ermənistan növbəti dəfə danışıqları uzatmağa çalışır və yenə də nəsə gözləyir, nəyəsə nail olmaq istəyir. İndiki halda erməni tərəfinin 1975-ci il xəritələrini ortaya atması heç də təsadüfi deyil. Sözsüz ki, bu xəritə onlara Rusiyadan verilib. Ona görə də, erməni tərəfi hesab edir ki, sərhədlərlə bağlı delimitasiya işləri 1975-ci ili əsasında aparılmalıdır.
Əslində Ermənistan tərəfinin məhz 1975-ci il xəritələri üzərində dayanması da suallar yaradır. Bu keçmiş SSR-nin qurulduğu-dağıldığı tarix deyil. Faktiki olaraq 1918-1920-ci illərin xəritələri var. Bu tarixdən sonra Azərbaycanın bir sıra əraziləri Ermənistana verilib. Ona görə də, sərhədlərin dəqiqləşməsi məsələsində 1918-1920-ci illərin xəritələri əsas götürülməlidir”.
Komitə sədri hesab edir ki, erməni tərəfi yenə də Azərbaycanın daxili işlərinə qarışır:
Millət vəkilinə görə, bu qanunsuz silahlılara qarşı antiterror əməliyyatları keçirməsi Azərbaycanın təbii hüququdur:
“Ölkəmiz istənilən vaxt qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatları icra edə bilər. Bununla bölgədə tam təhlükəsizlik təmin olunar. Sadəcə olaraq Azərbaycan tərəfi prosesin dinc yolla həllinə çalışır. Görünən odur ki, erməni tərəfi sivil danışıq dilini anlamır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar