Xəbər lenti
Gərgin müzakirə: azərbaycanlı alim ermənini belə susdurdu
“Dünən axşam Amerikada dərs aldığım professor mənə yazdı ki, Bakı vaxtı ilə gecə saat 02:00-da onlayn konfransa qoşul, Qafqazda sülh və barışıq mövzusunda erməni ilə gürcü alimləri də çıxış edəcəklər, sən də iştirak et. Razılaşdım”.
Manevr.az xəbər verir ki, bu sözləri tanınmış alim, dosent Zaur Əliyev deyib.
O bildirib ki, erməni alim çıxış edərək regionda sülhün əhəmiyyətindən, xalqların birgə yaşamasında alimlərin rolundan danışıb. Daha sonra özü söz alıb və bunları deyib:
“Burada çıxış edən erməni alimi dinlədim. Başa düşdüm ki, bu gün üçün Qafqazda sülh vacibdir. Erməni tərəfi də regionda barışıq olması üçün təkliflə çıxış edir. Ancaq ona iki sual verdim və düşündüm ki, cavab versə, iştirakımı davam edəcəyəm. Birinci sualım: Mən Ağdamdan məcburi köçkün düşəndə 17 yaşım var idi, evimiz, yaşayış imkanlarımız var idi. Ancaq 46 yaşımda ora qayıdanda nəinki öz evimi, heç onun yerini tapa bilmədim. Yox idi Ağdam. Eləcə də Qarabağın digər əraziləri kimi. Bu günə qədər Qarabağda, xüsusilə Ağdamda yox edilən şəhərin qorunması, gələcəkdə sülh ola bilər deyə buraları dağıtmamaq barədə Ermənistanı təmsil edən alimin hansısa çıxışı olubmu?
İkinci sualım Qarabağda nəinki islam abidələri, xristianlığa da aid yüzlərlə abidə dağıdılıb. Bir yazısı varmı alim olaraq onların qorunması üçün?”
Erməni susdu, digərləri də… Konfransda son sözümü dedim və çıxdım”.globalinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar