Xəbər lenti
İyun ayının sonuna qədər bir çox ailə də Laçına yerləşəcək - Deputat

Azərbaycanımızın qədim şəhəri Laçının 30 illik işğalına son verdikdən sonra qarşımızda daha böyük bir vəzifə var idi. Vətənlərinə həsrət qalmış vətəndaşlarımızın yurdlarına təhlükəsiz geri dönə bilmələri üçün dağıdılmış şəhəri, kəndləri, infrastrukturu yenidən bərpa etmək.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat vurğulayıb ki, cəmi 7-8 ay ərzində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Laçının böyük hissəsi tamamilə yenidən qurulub və ilk 20 ailə artıq Laçına geri dönüb. İyun ayının sonuna qədər bir çox ailə də Laçına yerləşəcəkdir.
Siyasətçinin sözlərinə görə, ümumilikdə, Laçında 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binasıdır.
"Laçınımızı düşmən işğalından azad edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirik.Laçının yenidən bərpası üçün gecə-gündüz çalışan hər bir vətəndaşımızın əlinə əməyinə sağlıq",- deyə M.Məmmədli qeyd edib
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar