"Görünən odur ki, ya Nikol Paşinyanın öz hökuməti üzərində nəzarəti sıfra bərabərdir, ya da o, yenidən bütün maraqlı tərəfləri razı salmağa çalışır".
Manevr.az bunu trend-ə amerikalı siyasi analitik İrina Tsukerman son günlər Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı aqressiv ritorikaya üstünlük verməsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, Ermənistan sülhdən yayınsa Azərbaycan daha sərt tədbirlər görə bilər:
"İran və digər hamilərinin də təşviq etdiyi təxribatlara Ermənistan göz yumaraq Azərbaycanla yeni inkişaf edən münasibətlərinə töhvə verərək, Bakı ilə razılığa gəlməyə çalışmalıdır. Təxribatlara son qoyulmaması, yerli əhalini daha çox antiazərbaycan əhval-ruhiyyəsinə sövq edən ritorikanın səslənməsinə davam edilməsi vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.
Xəbər lenti
Paşinyan daha böyük səhv buraxa bilər - İrəvana "sülh" dağı çəkiləcək
Sülh müqaviləsi imzalandıqdan sonra bu, hüquqi və siyasi baxımdan Ermənistanın son sözü kimi qəbul ediləcək. Əgər o zamana kimi Paşinyan sadəcə olaraq ictimai rəyi tarazlaşdırmağa, revanşist və diaspor lobbiçilərinin reaksiyasından yayınmağa çalışırdısa, saziş imzalanandan sonra o, ritorikanı cilovlayıb müxtəlif məsələlərdə əməkdaşlığa başlamalı olacağını indidən anlamalıdır. Digər tərəfdən, o, davamlı sülh sazişinin imzalanması məsələsinə tam sadiq olmasa, ya ümumiyyətlə imza atmamaq üçün başqa bəhanə tapacaq, ya da bundan sonra açıq şəkildə təxribatlara davam edəcək.
Bu vəziyyət də Bakıya beynəlxalq ictimaiyyətin Ermənistana qarşı təzyiqini artırmaq tələbinə, Azərbaycanın daha sərt tədbirlər görməsinə haqq qazandıracaq. Bu da Paşinyanın daha böyük səhvlər buraxması ilə nəticələnə bilər.
Paşinyan iki xalq, dövlət arasında köhnə kin və fikir ayrılıqlarının aradan qaldırılmasına yardım etməlidir. Sülh sazişindən sonra daimi "soyuq müharibə" vəziyyətində qalmamaq üçün barışıq prosesinə xüsusi diqqət yetirmək lazımdır".

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar