Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Paşinyan yenə sülhdən danışır, lakin...” - Politoloq

Tarix: 23-05-2023 19:23     Baxış: 3374 A- / A+


"İrəvan görüntü yaradır ki, guya, Paşinyan sülhün olmasını istəyir, amma xalq ona icazə vermir. Bu, ermənilərin hər zaman oynadığı oyundur. Belə oyunları çox  görmüşük”.
 
Manevr.az bildirir ki, Bunu qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın ən yüksək səviyyədə sülhə hazır olduğunu bəyan etməsi və ardınca Ermənistan baş naziri Nikol Paşinyanın da sülhə hazır olduğunu, Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsinə rəğmən hələ də sülh sazişinin imzalanmaması səbəbindən danışarkən deyib:

"Bəyanatlar vacibdir və onların da əhəmiyyəti var. Söhbət Ermənistan baş nazirinin bəyanatından gedir. Amma eyni zamanda, İrəvan ölkəmizin ərazi bütövlüyü ilə yanaşı suverenliyimizi də tanımalıdır. Suverenliyin tanınması isə praktiki işdən ibarətdir. Bu istiqamətdə də işlər görülməlidir. Ermənistan dövlət səviyyəsində Azərbaycanın suveren işlərinə qarışmağa son qoymalıdır. Ermənistan büdcəsində hər il xüsusi bəndlər nəzərdə tutulur və ona əsasən də separatçılar maliyyələşir. Hələ də Ermənistan hərbçiləri Qarabağdadır. Azərbaycan tələb edir ki, İrəvan bəyanatlar verməklə kifayətlənməsin, həm də suverenliyimizə hörmət etdiyini əməldə göstərsin”. 

T.Zülfüqarov qeyd edir ki, ortada praktik işlər olmadan verilən bu sayaq bəyanatlar elə bəyanat olaraq qalacaq:
 

"Ermənilər keçən əsrin 90-cı illərində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirirdi. Amma ondan sonra ərazi bütövlüyümüzü tanıya-tanıya, torpaqlarımızı işğal etdilər, etnik təmizləmələrə getdilər. İndi də sadəcə olaraq bəyanat verirlər. Lakin ortada praktiki işlər yoxdur”. 

Həmsöhbətimizin fikrincə, Ermənistan baş naziri sülhdən qaçmaq üçün sadəcə olaraq, oyun oynayır:
 
"Paşinyan dəfələrlə səhər tezdən buna bənzər bəyanatlar verib, axşam isə ondan imtina edən çıxışlar edib. Bu da onu göstərir ki, Paşinyan hələ də oyun oynamaqda davam edir. Paşinyana Ermənistan müxalifəti və separatçılar tərəfindən təzyiqlər göstərilir. Amma bütün bunlar oyundur. Ermənilər bununla görüntü yaradırlar ki, guya Paşinyan sülhün olmasını istəyir, amma xalq ona icazə vermir. Bu, ermənilərin hər zaman oynadığı oyundur”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Litvada səfərdə olarkən sülhə hazır olduqlarını bir daha bəyan edib. O, sülh anlaşmasının imzalanmasının qaçılmaz olduğunu deyib. Eyni zamanda, Ermənistan baş naziri Paşinyan da İrəvanın Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar