Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qılıcdaroğlunun Azərbaycandan üzr istəməsi tələb olunur

Tarix: 22-05-2023 11:31     Baxış: 4309 A- / A+




Türkiyədə Millət İttifaqından prezidentliyə namizəd olan Kamal Kılıçdaroğlunun "Azərbaycansız dəhliz" layihəsinə qarşı etirazlar səngimir. 
Bu layihənin antiazərbaycan, antimilli bir layihə olduğunu əksər siyasi xadimlər, media irəli sürməkdə davam edirlər. Seçkiqabağı belə bir bəyanatın onun nüfuzuna ciddi zərbə vurduğunu vurğlayırlar. CHP sədrinin layihənin Azərbaycandan yox, İrandan keçməsi barədə fikirlərinin iki ölkə arasında münasibətlərə xələl gətirməyə yönəlik plan olduğu vurğulanır. Mayın 28-də keçiriləcək ikinci tur prezident seçkiləri ərəfəsində CHP sədrinin ünvanına qardaş ölkənin müxtəlif bölgələrindən sərt etirazlar daxil olmaqdadır. Bu dəfə Kılıçdaroğlunu QHT-lər hədəfə alıb. Məsələn, Ərzurumda fəaliyyət göstərən QHT rəhbəri Murat Ertaş, "Türkiyə-Azərbaycan həmrəyliyinin CHP-ni narahat etdiyini düşünmək istəmirik. Ancaq edilən əhəmiyyətsiz açıqlamaları anlamaqda çətinlik çəkirik. CHP sədrinin Azərbaycan Türklərindən üzr istəməsini gözləyirik" deyib. "Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün dəyərlidir" deyən Ertaş açıqlamalarını belə davam etdirib: "Çindən Londona gedən fasiləsiz ticarət yolunun ən əhəmiyyətli tranzit nöqtəsi Azərbaycan marşrutudur. Bu marşrutu təhlükəsiz etmək üçün qəhrəman Azərbaycan ordusu Qarabağı işğaldan azad etdi. Azərbaycanın Ermənistanla qəhrəmancasına müharibəsi zamanı CHP-nin xarici siyasətinə cavabdeh olan CHP sədrinin müavini Ünal Çeviköz "Türkiyədən Azərbaycana silah yardımı edilib, cihadçı qruplar da göndərilib" kimi cəfəng bəyanat verib. CHP sədri Kamal Kılıçdaroğlunun Çinin 'Orta Kəmər Yolu Təşəbbüsünü' 'Həyatımın Layihəsi' ifadəsi kimi təxribat xarakterli açıqlamalarını unutmamaqla yanaşı, xəritədə kəmər yolu layihəsinin Azərbaycandan deyil, İrandan keçməsi heç vaxt qəbul edilmir. İki qardaş Ölkənin Türkiyə və Azərbaycanın həmrəyliyinin CHP-ni niyə narahat etdiyini anlamaqda çətinlik çəkirik! Kılıçdaroğlunun layihəsi yalnız Ermənistan və İranı sevindirir".
 "Turan yolu deyə biləcəyimiz bu yolun mühüm dəhlizlərindən biri, şübhəsiz ki, "Zəngəzur dəhlizi"dir. Yetmiş faiz tamamlanan dəhliz istifadəyə verildikdə, biz Ərzurumdan Naxçıvan üzərindən avtomobil yolu ilə Bakıya gedə biləcəyik. CHP sədri cənab Kamal Kılıçdaroğluna çağırışımız odur ki, Qarabağ müharibəsi zamanı partiya üzvlərinin, indi isə onun verdiyi açıqlamalar təkcə Azərbaycandakı qardaşlarımızı deyil, hamımızı üzdü. Türk Dövlətləri Təşkilatının yarandığı, həmrəyliyin artdığı bir vaxtda Kılıçdaroğlunun açıqlaması qəbuledilməzdir" deyə fikrini tamamlayıb.

Azər

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar