Xəbər lenti
Sinan Oğanın seçiciləri Kılıçdaroğlunu dəstəkləsə, nə baş verəcək? - İkinci turla bağlı MÜHÜM AÇIQLAMA

Manevr.az-ın xəbərinə görə, mövzunu konkret.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ərdoğanın verdiyi açıqlama gözlənilən idi: “Çünki Türkiyə prezidenti və onun müttəfiqləri parlamentdə səs çoxluğuna nail olublar. Prezident seçkilərində isə Ərdoğan öz rəqibi olan Kılıçdaroğludan 2,5 milyon səslə öndədir. İkinci turda artıq həm Ərdoğanın öz partiyasının, həm də ittifaqda olduğu partiyaların potensialı tam şəkildə prezident seçkilərinə yönələcək. Beləliklə, AKP liderinin qələbəsi real göründüyündən Türkiyə prezidenti hansısa siyasi qüvvənin şərtlərini qəbul etmək istəmədi və seçimi türk seçicisinin öhdəsinə buraxdı. Amma Ərdoğan öz qələbəsindən əmin olduğu üçün bu addımı atır. Əgər seçiləcəyindən əmin olmasaydı, o, digər partiyalarla ittifaqa girərdi. Sinan Oğanın təklifindən imtina etməsi onu göstərir ki, Ərdoğanın bütün imkanları qələbəyə tam şərait yaradır. Bu səbəbdən də, o, şərtli formada təklif olunan dəstəyə ehtiyac duymadı”.

Politoloqun sözlərinə görə, fundamental partiyaların özlərinin sabiq elektoratları mövcuddur: “Türkiyədə adətən CHP-nin səsləri 20-25 faiz arasında olur. MHP isə 10-15 faiz arasında səs toplayır. AKP-nin səsləri isə 35-40 faiz arasında müəyyən edilir. Sinan Oğanı dəstəkləyənlər isə yeni yaranan partiyalardır. Onların stabil elektoratı qeyd etdiyimiz səviyyədə deyil. Bu baxımdan Sinan Oğana səs verən 5 faizlik kütlənin onun çağırışı ilə Kılıçdaroğlunu dəstəkləyəcəyini söyləmək doğru olmaz. Bu kütlə daha sərbəstdir və müstəqil qərar vermək qabiliyyətinə malikdir. Buna görə də, Ərdoğanın Sinan Oğanın təkliflərindən imtina etməsi fonunda 5 faizlik seçici kütləsinin onu dəstəkləməyəcəyini demək olmaz. Sinan Oğanın seçiciləri Kılıçdaroğluna səs versə belə, Ərdoğanın uduzacağını düşünmürəm. Çünki AKP liderinin qalib olması üçün 0,7 faiz səs lazımdır. Bu imkanlar isə real görünür”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar