Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qərb və Rusiyanın Qarabağ planı - Bakı “YOX” deyir

Tarix: 17-05-2023 13:49     Baxış: 3265 A- / A+


Qərb və Rusiyanın Qarabağ planı - Bakı “YOX” deyir


Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində danışıqlar davam edir. Sülh quruculuğuna hesablanmış danışıqlarda əsas diqqətçəkən məqamlardan biri Qərb, yəni ABŞ və Avropa İttifaqının, digəri isə Rusiyanın yanaşmasıdır. Tərəflərin yaydığı rəsmi açıqlamalardan görünür ki, həm Qərb dünyası, həm də Moskva məsələyə fərqli prizmadan yanaşır. Bu da nəticə etibarı ilə sülh sazişinin imzalanması prosesinin ləngiməsinə gətirib çıxarır.
 
Maraqlıdır, Qərb və Rusiya nə istəyir? 
 
Manevr.az xəbər verir ki, mövzunu modern.az-a şərh edən politoloq İlqar Vəlizadənin fikrincə,  ABŞ, Rusiya və Avropa İttifaqı Qarabağda yaşayan ermənilərin xüsusi hüquqlara malik olmasını istəyir.

"ABŞ, Rusiya və Avropa İttifaqının üst-üstə düşən maraqları var. Bunlardan biri Qarabağda yaşayan ermənilərin müəyyən imtiyazlar qazanmasıdır. Kimsə muxtariyyətdən və ya xüsusi hüquqlardan danışır. Ümümi olaraq belə yanaşmalar mövcuddur. ABŞ, Avropa İttifaqı və Rusiya Qarabağ ermənilərinin Azərbaycanda yaşayan digər xalqlardan fərqli olaraq xüsusi hüquqlara malik olmasını istəyir. Əsas problem məhz bundan irəli gəlir".

İ.Vəlizadənin sözlərinə görə, Rusiya Qarabağda münaqişədən əvvəlki vəziyyətin yaranmasına çalışır:
 
"Əlbəttə, Rusiya istəyərdi ki, münaqişədən əvvəlki vəziyyət yaransın. Müəyyən muxtariyyət forması olsun və onun mövcudluğunun təminatçısı qismində Rusiya çıxış etsin. Bu da daxili işimizə qarışmaq deməkdir. Ona görə də Azərbaycan bu yanaşmanı qəbul etmir. Avropa İttifaqı və ABŞ isə Qarabağda yaşayan etnik ermənilərin muxtariyyət formasında deyil, başqa formada xüsusi imtiyazlara sahib olmasını istəyir. Xüsusi olaraq beynəlxalq mexanizm prinsipi ilə ermənilərin gələcəkdə yaşayış formalarını müəyyən etməyimizi arzulayırlar. Yəni bir növ özlərini vasitəçi kimi təqdim edərək Xankəndi ilə dialoq aparmağımızı istəyirlər".
 


"Digər tərəfdən Rusiya isə arzulayır ki, Qarabağda olan hərbi mövcudluğunu gələcəkdə də təmin etsin. Moskva Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təminatçısı kimi varlığını qorumaq istəyir. Lakin Rusiya da bunun Azərbaycan üçün qəbuledilməz olduğunu başa düşür. Bu səbəbdən məsələnin indiki vaxtda yox, daha uzun müddətdən sonra həll olunmasını tələb edir. Bu da dolayı olaraq Rusiyanın Qarabağda olan mövcudluğunu qeyri-müəyyən vaxta qədər saxlaması deməkdir. Azərbaycan buna qarşıdır. ABŞ da Rusiyanın təklifini dəstəkləmir, çünki Amerika və Avropanın hərbçiləri regionda yoxdur. Onlar istəyirlər ki, Cənubi Qafqazda beynəlxalq müşahidəçi qrup fəaliyyət göstərsin. Daha dəqiq desək, Rusiya sülhməramlılarının yerini öz müşahidəçilərini göndərmək istəyirlər", - deyə politoloq əlavə edib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar