Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Brüssel görüşü Azərbaycanın növbəti uğurudur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Tarix: 17-05-2023 12:16     Baxış: 4245 A- / A+


“Mayın 14-də keçirilən üçtərəfli görüş sayca beşincidir. Nikol Paşinyan belə bir tələb irəli sürmüşdü ki, görüşdə Fransa dördüncü tərəf kimi iştirak etsin. Azərbaycan Prezidenti İlham Əliyev isə birmənalı şəkildə onları başa saldı ki, Fransanın mövqeyini bildiyimiz halda belə bir şeyin baş tutması yolverilməzdir. Nəhayət Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən may ayının 14-də Brüsseldə üçtərəfli görüşün keçirilməsi ilə əlaqədar razılığa gəlindi”.
Manevr.az bildirir ki, bu sözləri sia-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə həm Azərbaycanın dövlət başçısı İlham Əliyevlə, həm də Ermənistanın Baş Naziri Nikol Paşinyanla Şarl Mişel arasında görüşlər oldu: “Düşünürəm ki, Brüssel görüşü Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir. Çünki Ermənistanın qoyduğu tələblərin heç biri həyata keçmədi və bir neçə məsələnin həllinə razılıq alındı. Həm Azərbaycan, həm də Ermənistan tərəf dialoqlar şəklində sərhədlərin delimitasiyası ilə əlaqədar həllinə nail olmaq üçün razılaşıb. Sərhədlər müəyyənləşdirildikdən sonra təbii ki, sülh sazişinin bağlanması da asanlaşa bilər. Bu məsələdə 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsi əsas tutulur. Şarl Mişelin açıqladığı kimi, həmin vaxtda Ermənistanın ərazisi 29,8 min kvadrat km, Azərbaycanın ərazisi isə 86,6 min kvadrat km-ə bərabər olub. Ermənistan Baş Nazirinin bunu tanıması o deməkdir ki, artıq Xankəndi-Qarabağ məsələlərindən söhbət gedə bilməz. Orada olan məsələlər də Azərbaycanın daxili işləridir və xarici dövlətlərlə müzakirə etmədən özü həll etməlidir. Brüssel görüşünün nəticələrindən biri də nəqliyyat xətlərinin açılması ilə bağlı məsələdə razılığın əldə olunmasıdır. Aİ Şurasının prezidentinin mətbuata açıqlamalarında, Naxçıvana gedən və oradan digər dövlətlərə keçən dəmiryolunun bərpası işlərinin aparılması üçün vaxt verildiyini qeyd edib. Mənim fikrimcə, bu dəmiryolu xəttinin açılması yaxın zamanda Zəngəzur dəhlizinin açılması deməkdir. Artıq bu istiqamətdə də müəyyən işlər görülür. Geriyə yalnız razılaşmalar əldə olunmuş məsələlərin Ermənistan tərəfindən icra məsələsi qalır”.
Deputat sözlərinə davam edərək bildirib ki, digər tərəfdən bu görüşdə tərəflərdə olan əsirlərin dəyişdirilməsi məsələsi də müzakirə olunub: “Bu istiqamətdə də razılıq əldə olunub ki, itkin düşmüş şəxslər haqqında açıqlama verilsin və əsirlər dəyişdirilsin. Əgər Ermənistan tərəf həmişəki adətlərindən əl çəksə, bu məsələlərin öz həllini tapacağına ümid edirik. Bundan əlavə görüşdə Xankəndi və ətraf rayonlarda yerləşən erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi ilə bağlı məsələlərə də toxunulub. Azərbaycan vətəndaşlığını qəbul edəcək və şəxsiyyət vəsiqəsini alacaq şəxslərin hər birinin təhlükəsizliyi təmin olunacaq. Digər millətlərin nümayəndəsi kimi onların da konstutsion hüquqları bərpa olunacaq. Ermənistan üzərinə götürdüyü vəzifələri layiqincə yerinə yetirsə, bu onun xeyrinə daha çox yarayar. Eyni zamanda, bölgədə maraqlı olan dövlətlər də sülhün bərqərar olmasının tərəfdarı olmalıdır. Çünki Zəngəzur dəhlizi şərq və qərb istiqamətində yerləşən ölkələrin iqtisadiyyatına müsbət təsir göstərə biləcək böyük bir layihədir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar