Xəbər lenti
“Şəbəkə çox böyükdür, nə qədər adam tutulur, yenə də...” – “Biabırçılıqdır”
O, bu gün DTX tərəfindən saxlanılan “Kərimə dövləti” qurmaq istəyən bir qrup İran agentləri ilə bağlı fikirlərini bölüşüb:
“Görünən odur ki, şəbəkə çox böyükdür. Çünki nə qədər adam tutulur, amma yenə də görürsən ki, var. Mən buna təəssüf və təəccüb edirəm ki, azərbaycanlı olasan, bu millətə qarşı belə hərəkətlər etməyi planlaşdırasan. Yəni həm sui-qəsd, həm partlayışlar və s. işlərlə məşğul olasan”.
“Qabaqları SSRİ-nin tərkibində idik, başa düşürəm, amma indi müstəqil bir dövlətik və müstəqil dövlət olduğumuz üçün də dövlətin inkişafı uğrunda çalışmaq lazımdır. Görünür ki, xarici xüsusi xidmət orqanları bu adamları əllərinə alıb, onlara müəyyən vəsait verirlər və bir sıra tələblər irəli sürürlər. Bunlar da onların girovuna çevrilib belə addımlar atırlar”, – müsahibimiz əlavə edib.
Deputat hesab edir ki, artıq problemlər yavaş-yavaş həll olunub, dövlət həmin insanları müəyyən edir və hüquq-mühafizə orqanları bu məsələləri həll edərək həmin insanları zərərsizləşdirirlər, amma hiss olunur ki, şəbəkə böyükdür və millət vəkili Fazil Mustafaya olan sui-qəsd də bunun bir parçasıdır:
“Bu, faktiki terror hadisəsidir və bunlar terrorla məşğuldurlar. Mən başa düşmürəm ki, İran dövləti niyə belə hərəkət edir? Çünki dövlətimizin siyasəti daim sülh siyasəti olub və İrana qarşı da həmişə sülhlə yanaşmışıq. Amma onlar niyə bu addımı atırlar, bilmirəm.
Ən çox təəccübləndiyim azərbaycanlıların niyə bu yola düşməsidir. Çünki nə olursa, olsun, insan öz dövlətini və Vətənini belə ucuz qiymətə satmamalıdır. Bunlar biabırçılıqdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar