Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Dördtərəfli görüşə Ərdoğan da qatılacaq? - Ekspert

Tarix: 16-05-2023 16:20     Baxış: 4224 A- / A+


Son Brüssel görüşündə Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə ölkələrin beynəlxalq aləmdə tanınmış ərazilərin toxunulmazlığına sadiqliklərini bir daha ifadə etdilər. Bu, çox vacib məqamdır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a 14 mayda Avropa Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri barədə danışan politoloq Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, rəsmi Bakı artıq konkret nəticələrə yönələn müzakirələr mərhələsinin başlanmasını istəyir:
“Artıq bütün məsələlərdə dəqiqləşdirmə, detallaşdırma aparmağın vaxtı yetişib. Zəngəzur dəhlizi ilə bağlı məsələlərin Beynəlxalq Gömrük İttifaqının qaydalarına uyğun şəkildə həyata keçiriləcəyi haqqında dəqiq məlumatlar var. Digər tərəfdən biz indiyədək rəsmi İrəvanın verdiyi bəyanat və açıqlamalara nəzər yetirsək, qarşı tərəfin qeyri-müəyyənliklərdən sui-istifadə etdiyini görə bilərik. Ümumiyyətlə isə Brüssel görüşü əsasən iki tərəfin də razılaşdırılan məqamlara eyni anlam yükləmələri üçün idi. İndi Azərbaycan Brüssel və İrəvandan mövcud dinamikanın qorunub saxlanılmasını və konkret nəticələrin əldə edilməsinə yönəlmiş prosesin başlamasını gözləyir”.
Fərhad Məmmədov Avropa Siyasi Birliyinin 1 iyunda Kişinyovda keçiriləcək sammitində keçirilməsi nəzərdə tutulan dördtərəfli görüş barədə də danışıb:
“Hələ ki, Azərbaycan 1 iyunda Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək dördtərəfli görüşdə iştirak edib-etməyəcəyi barədə son qərarını açıqlamayıb. Fikrimcə, Kişinyov görüşünə Türkiyədəki seçkilərin nəticələri də öz təsirini göstərəcək. Həmin sammitdə cənab Ərdoğan da iştirak edəcək. Ona görə dördtərəfli görüş beş, hətta altıtərəfli də ola bilər. Görüş qeyri-formaldır, bu baxımdan orada çox ciddi məsələlərin müzakirə olunacağını düşünmürəm. Əsas məsələlər 14 mayda Brüsseldə müzakirə edilib. Prezident İlham Əliyev isə ermənipərəst mövqeyinə görə sərt etirazını birbaşa Makronun özünə bildirəcək, ümumi proseslə bağlı görüşdə iştirakı nəzərdə tutulan Şolts da məlumatlandırılacaq”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar