
Fransa israrlı vədlərdən sonra Ermənistana ölümcül silahların tədarükünə başlamaq qərarına gəlib. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də təsdiqləyib.
Manevr.az axar az-a istinadən xəbər verir ki, bu barədə “Azfront” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, yaxın vaxtlarda Fransadan Ermənistana 50 zirehli transportyorun ilk partiyasının tədarüklünə başlanılacaq:
“Ukrayna xüsusi xidmət orqanları 2022-ci ilin ortalarından Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətə nəzarət edir. Kiyev qorxur ki, Ermənistana verilən Qərb hərbi texnikası ruslarin əlinə keçə və onlar tərəfindən istifadə oluna bilər. İrəvan və Moskva arasında sıx hərbi əməkdaşlıq, o cümlədən ölkədə iki Rusiya hərbi bazasının olması bu ehtimalı olduqca yüksəkdir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Fransa ilə Ermənistan arasında birbaşa hərbi əməkdaşlığa başlamaq qərarı Ermənistan müdafiə naziri Suren Papikyanın 2022-ci ilin sentyabrında Parisə səfəri zamanı qəbul edilib:
“Bu sahədə tərəfdaşlığın inkişafını müxtəlif mənbələr də bildirir. ABŞ-ın beynəlxalq təhlükəsizlik üzrə analitik nəşri “Global Security Review” silah tədarükü ilə bağlı yazır ki, Fransa Prezidenti Emmanuel Makronun ermənipərəst ritorikası hava hücumundan müdafiə sazişinə gətirib çıxara bilər. Məqalədə Fransanın “Mistral” zenit-raket komplekslərinin Ermənistana tədarükünün mümkünlüyü də qeyd olunub. Ötən ay Fransa xüsusi xidmət orqanlarının tanınmış ruporu olan “İntelligenceonline.fr” nəşri Parisin İrəvana silah ixracı ilə bağlı sistem qurmaq üçün hazırlıqlara başladığını yazıb. Eyni zamanda, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinaz qarşıdan gələn silah tədarükü ilə bağlı deyib: “Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik”.
Rusiyanın REX nəşri də bildirib ki, Fransanın Ermənistana verməyi planlaşdırdığı hərbi yardıma ilkin olaraq ölümcül silahlar daxildir. İranın “Yazeco” informasiya xidməti də yeni hərbi attaşenin Fransa silahlarının Ermənistana tədarükünə nəzarət edəcəyini qeyd edib. “Ermənistana silah göndərilməsi ilə bağlı Parisin hərbi-siyasi qərarının əsas dəstəkçisi Prezident Emmanuel Makronun özü olub”, – “Yazeco” yazıb.
Məlumata görə, Ermənistana silah tədarükünün başlanması Fransanı İsraillə toqquşma kursuna yönəldib. Çünki Qüdsün rəsmi siyasətinə görə, İsrail özünü Azərbaycanın strateji tərəfdaşı hesab edir və müdafiə qüvvələrinin bütün ehtiyaclarına uyğun silahların əsas təchizatçılarından biridir.
Qeyd edilib ki, Ərdoğanın Türkiyədəki seçkilərdə uduzacağı təqdirdə İsrail Tehran tərəfindən daim təhdid olunan Bakının yeganə strateji müttəfiqi olacaq: