Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qərb Ərdoğanın bükə bilmədiyi əlini öpdü: Kılıçdaroğluna dəstək dayandırılır

Tarix: 15-05-2023 19:52     Baxış: 4316 A- / A+

Mayın 14-də Türkiyədə keçirilən seçkilər bütün dünyanın diqqət mərkəzində idi.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Qərb mediası seçkiyə qədər hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı kəskin tənqid edir, müxalifətin namizədi Kamal Kılıçdaroğluna böyük dəstək verirdi.
Amma Ərdoğanın partiyasının parlament seçkilərində əzici üstünlüklə qalib gəlməsi, prezident seçkilərində isə böyük səs çoxluğu ilə öndə olması Qərb mətbuatının da ritorikasını dəyişib. Necə deyərlər, Qərb mətbuatı “U dönüşü” edib.
Xəbər verdiyimiz kimi, əvvəlcə seçkilərə qədər Ərdoğan haqqında “qara piar” kampaniyasında öndə olan “The Economist” “Ərdoğan Kılıçdaroğluna “qol vurdu" manşetini gündəmə gətirdi.

Ardınca “Financial Times” da “U dönüşü” etdi. Nəşr Ərdoğanın əzici üstünlüklə parlament seçkilərini qazandığını və ikinci tur prezident seçkilərində əsas favorti olduğunu yazdı.
"Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan seçkilərdə qalib gəlmək yolundadır" yazan FT Ərdoğanın Kılıçdaroğlunu geridə qoyduğuna heç bir şübhənin olmadığını vurğuladı. Nəşrin təhlilində qeyd olunur ki, prezident ikinci turda bəlli olacaq, amma Ərdoğan “açıq favorit”dir.
Daha əvvəl “Kılıçdaroğlu öndədir” sözləri ilə “7-li” koalisiyanın maliyyələşdirdiyi anketçilərin şişirdilmiş rəy sorğularına xidmət edən “Financial Times”, “Ərdoğan bütün bu sorğuları alt-üst etdi” ifadəsinə yer verib.
“Financial Times” Kılıçdaroğlunun sözünü dəyişdiyini də vurğulayıb. “Kılıçdaroğlu seçki kampaniyasında “Birinci turda bitirəcəyik” şüarından istifadə edirdisə, indi də “İkinci turda mütləq qalib gələcəyik” deyir”,- nəşr yazıb. “Financial Times” Qərbin Kılıçdaroğluna verdiyi dəstəyin geri çəkilməyə başladığını da xüsusi vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar