Xəbər lenti
Zelenski Trampın vədinə şübhə ilə yanaşıb
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində dayandıracağına dair verdiyi sözə şübhə ilə yanaşıb.
Manevr.az APA-ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Trampın vaxtilə müharibəni dayandırmaq şansının olduğunu və bu məsələni həll etmədiyini bildirib.
Zelenski xatırladıb ki, Trampın prezidentliyi dövründə hər hansı genişmiqyaslı işğal olmayıb, amma müharibə artıq gedirdi:
"Rusiyanın təcavüzü artıq baş verib, Krım işğal olunub, Donbasın bir hissəsi işğal edilib. Onun bu məsələ ilə dərindən məşğul olub-olmadığına əmin deyiləm, amma buna baxmayaraq, o, problemi həll etməyib. Onun üçün prioritet olduğuna əmin deyiləm. Mən onu heç nəyə görə qınamıram. Amma bizdə faktlar var. Biz isə onlara baxmalıyıq".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar