Xəbər lenti
“Caliber”: Fransanın əli Azərbaycan hərbçisinin qanına batıb – VİDEO
Fransa Cənubi Qafqazda möhkəmlənməyə çalışır və bu yolda Azərbaycanı öz qarşısındakı təbii maneə kimi görür.
Manevr.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan süjetdə məlumat verilir.
“Redaksiyamıza ordumuz tərəfindən ermənilərə məxsus PUA idarəetmə mərkəzinin məhv edilməsinin görüntüləri daxil olub. Burada maraqlı tapıntılar aşkar edilib. İlk növbədə qeyd edək ki, kadrlardan göründüyü kimi Ermənistan dronların idarəetmə mərkəzi kimi mülki avtomobildən istifadə edib. Onu idarə edən şəxs də mülki geyimdədir. Biz 44 günlük müharibə təcrübəmizdən yaxşı bilirik ki, mülki obyektlərdən hərbi məqsədlərlə istifadə Ermənistan ordusunda geniş yayılmış haldır”, – deyə videomaterialda qeyd olunur.
Süjet müəllifləri sözügedən mülki geyimli şəxsin davranışlarına da diqqət çəkirlər.
“Kadrlardan görünür ki, o, ayağa qalxmazdan öncə sürünərək vurulmış obyektdən uzaqlaşır. Bu, onun NATO standartlarına uyğun peşəkar təlim keçməsindən xəbər verir. Belə hal bölgədə erməni hərbçilərinə PUA-lardan istifadəni öyrədən fransalı təlimatçının fəaliyyəti barədə bizdə olan məlumatı bir daha təsdiqləyir”, – deyə vurğulanır.
Bildirilir ki, əgər əvvəllər Paris Ermənistanı yalnız siyasi müstəvidə dəstəkləyir, 44 günlük müharibə zamanı kəşfiyyat məlumatları ötütrürdüsə, indi artıq Fransanın İrəvana yardımı hərbi müstəviyə keçib və bu ölkənin siyasi rəhbərliyinin əli Azərbaycan hərbçisinin qanına batıb. Belə ki, məhz vurulan komanda mərkəzindən idarə olunan PUA-nın zərbəsi hərbçimiz Orxan Novruzəlizadənin ölümünə səbəb olub. Məhz Fransa düyməyə bilavasitə basmasa da, zərbənin necə və nə vaxt vurulmalı olduğunu diqtə edib.
Daha ətraflı “Caliber”in yeni süjetində:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar