Xəbər lenti
Ermənistan sərhədə ordu toplayır: “Atan kazaklardır”
Ermənistan Azərbaycanla sərhəd ərazilərdə hərbi-siyasi vəziyyəti yenidən məqsədyönlü şəkildə gərginləşdirməyə çalışır.
Ermənistanın silahlı qüvvələri mayın 10-da gecə saatlardan bəri günorta saatlarına qədər minaatanlar və artilleriyadan istifadə etməklə Basarkeçər istiqamətindən Azərbaycan ordusunun Kəlbəcərdəki mövqelərinə intevsiv atəşə tutublar. Qarşı tərəfin təxribatı nəticəsində ordumuzun bir hərbçi qulluqçusu şəhid olub, digəri isə yaralanıb.
Bununla yanaşı, erməni mətbuatında yayılan məlumata görə, Basarkeçər rayonunun Zod istiqamətində Ermənistan ordusunun əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirdiyi, erməni silahlı birləşmələrinin aktivliyi müşahidə edilir. Son hadisələri şərh edən bəzi ekspertlər hesab edirlər ki, Ermənistanın Azərbaycan Ordusuna qarşı son təxribatlarının arxasında Rusiya amili dayanır. Onların sözlərinə görə, Nikol Paşinyanın mayın 9-da Moskvaya səfəri zamanı Kreml tərəfindən ona xüsusi tapşırıqlar verilib.
Manevr.az-ın xəbərinə görə, politoloq Zərdüşt Əlizadə cebhe.info-ya açıqlamasında qeyd edib ki, Rusiya Ermənistanı təxribatlara təhrik etməklə ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda sülh təşəbbüslərinə ciddi əngəl yaratmağa çalışır.
“Xalq yazıçısı Cəfər Cabbarlı demişkən, atan kazaklardır. Yəni Rusiya hər zaman Ermənistan və ya bu ölkədə özünə bağlı olan hərbi-siyasi dairələr vasitəsilə regionda vəziyyəti gərinləşdirməyə çalışıb. Moskvanın məqsədi budur ki, hər iki xalq arasında münaqişə bitməsin, qanlı toqquşmalar davam etsin, Azərbaycan və erməni xalqı daim bir-birini qırsın, qanını axıtsın.
Bununla da hər iki ölkəni öz əlində saxlamağa çalışır. Son otuz ildə Rusiya məkrli siyasi oyunlar oynamaqla həm Ermənistan, həm də Azərbaycan üzərində nəzarət imkanlarlarını qoruyur. Kreml çalışır ki, Vaşinqton və Brüssel görüşlərinin nəticələrini uğursuzluğa düçar etsin, mövcud vəziyyəti də qanlı məcraya çevirsin”.
Ekspert hesab edir ki, növbəti Brüssel görüşündə hər hansı həlledici nəticənin əldə olunmasını gözləmək qeyri-mümkündür:
“Ona görə ki, Ermənistan Rusiyanın diqtəsi ilə hərəkət edir. Moskva Ermənistanın Qərbin sülh təşəbbüsünə razılığına imkan verməz”. Politoloqun sözlərinə görə, Moskvada Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçiriləcək görüşdə heç bir müsbət addım atılmayacaq: “Növbəti Moskva görüşü yalnız gözdən pərdə asmaq olacaq. Bu görüşün mahiyyəti regionda mövcud vəziyyətin əbədiləşdirilməsindən başqa heç nəyə xidmət etməyəcək. Rusiyanın əsas hədəfi sülh prosesini dordurmaq, ən əsası da Ermənistan və Azərbaycanda öz qoşunlarını əbədi saxlamaqdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar