Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

XİN-dən girov götürülmüş hərbçilərimizlə bağlı açıqlama

Tarix: 08-05-2023 19:38     Baxış: 3248 A- / A+



Cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama “məhkəmə prosesi”ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma “qərarı” qətiyyətlə qınayırıq.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin girov götürülmüş Azərbaycan hərbçilərinə qarşı qurama iddia və “məhkəmə prosesi”nə dair şərhində bildirilir.
"Azərbaycan əsgərlərini qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama "məhkəmə prosesi" vasitəsilə onları həmçinin mənəvi və psixoloji işgəncələrə məruz qoyur.
Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə, beynəlxalq ictimaiyyətin girovların azad edilməsi barəsində çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir.
Ermənistan tərəfinin bu qurama addımı ilə ölkəmizin erməni girovlarının, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq hərbçini heç bir qeyd-şərt irəli sürmədən dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirinə qarşılıq verməməsi Ermənistanın bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərir. Bu davranışla etimad quruculuğu səylərinə zərbə vurulması məsuliyyəti tam olaraq Ermənistan tərəfinin üzərinə düşür.
Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş əsgərləri dərhal azad etməlidir.
Girovluqda olan əsgərlərimizin tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün bütün beynəlxalq ictimaiyyəti, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq", - XİN-in məlumatında bildirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar