Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ukrayna sıradan çıxır, daha böyük müharibə başlayır – Politoloq

Tarix: 08-05-2023 17:30     Baxış: 4287 A- / A+


Rusiya ilə Ukraynanı birləşdirən yeganə məsələ “Taxıl sazişi”dir. Rusiya isə sazişin müddətinin növbəti dəfə uzadılması ilə bağlı tərəddüd içindədir. Əgər Moskva buna razı olmasa, hansısa danışıqlardan danışmaq mümkün olmayacaq.
Manevr.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.
Onun sözlərinə görə, indi sülh həm Rusiyanın, həm də Ukraynanın ürəyincədir:
“Çünki hər iki tərəf yorulub, resurslar tükənir. Davam edən müharibə hər iki ölkənin, xüsusilə Rusiyanın daxili siyasətinə də təsir edir. Belə bir məqamda danışıqlar masası arxasına oturmaq tərəflər üçün sərfəlidir.
Amma kənar güclər, o cümlədən ABŞ buna imkan vermir. ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqla müharibənin uzanmasına şərait yaradır. Krıma hücumu da məhz bu aspektdən qiymətləndirmək lazımdır.
Rəsmi Moskva isə artıq Vaşinqtonla dil tapmağa çalışır. Nüvə müharibəsi, taxıl sazişindən imtina kimi təhdidlər birbaşa buna hesablanıb. Amma Ağ Ev savaşın uzanmasında israrlıdır”.
Ekspert bildirib ki, Çin müharibənin daha tez, özü də ABŞ məqsədinə çatmamış bitməsində maraqlıdır:
“Çünki Rusiyanın zəifləməsi Pekinə sərf etmir. Çin başa düşür ki, bu halda növbəti hədəf özü ola bilər. Çinin ehtimal olunan sülhə və ya danışıqlara yanaşması daha çox Rusiyanın maraqlarının təmsilçisi kontekstindən qiymətləndirilir.
Çinin sülh müqaviləsi paketi indiki halda Ukraynanı tam qane etmir. Bəlkə də, müəyyən “redaktələrdən” sonra Kiyev Pekinin təkliflərinə razı ola bilər, amma Vaşinqton buna imkan vermir.
Beləliklə, indi mübarizə daha büyük güclər, o cümlədən siyasi sistemlər arasında gedir. Rusiya və Ukrayna sadəcə aysberqin görünən tərəfidir.
Çin real və effektiv vasitəçi olmaq üçün əvvəlcə ABŞ-ın proseslərə təsir imkanını məhdudlaşdırmağa çalışmalıdır. Təəssüf ki, tərəflərdən biri – Rusiya və ya Ukrayna faktiki olaraq məğlub olmayana qədər sülhü real hesab etmirəm”.globalinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar