Xəbər lenti
Azərbaycan XİN-dən fransalı nazirə cavab

Manevr.az xəbər verir ki, bu barədə XİN-in məlumatında deyilir.
"Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq "Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində "anklav” adlandırması ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir.
Fransa nazirinə bir daha xatırlatmaq istərdik ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir.
Bununla yanaşı, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı "Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur. Azərbaycan öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir.
Fransa tərəfi sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır”.
Qeyd edək ki, Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonna "France Inter” ictimai radio kanalına verdiyi müsahibə zamanı Qarabağ bölgəsini ermənilərlə məskunlaşmış Azərbaycan daxilində "anklav” adlandırıb. O bir daha Laçın yolunun blokadada olduğunu iddia edərək, yolun açılmasını tələb edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar