Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı və İrəvandan kritik addım – “Moskva da mane ola bilməyəcək”

Tarix: 04-05-2023 20:30     Baxış: 4252 A- / A+

“Mayın sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər”.
Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Bu ayın axırına qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması planlaşdırılır. Bu durumda və bundan kənarda Rusiya Azərbaycana deyil, Ermənistana təzyiq rıçaqlarına malikdir. ABŞ-dakı danışıqlarda müsbət irəliləyişdən narahat olan Rusiya sülh prosesini hər vəchlə pozmağa çalışacaq. Bu baxımdan, Rusiyanın Ermənistan daxilində təxribata əl atması mümkündür”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadə Rusiyanın bu planının effektliliyinə şübhəylə yanaşır:
“Kremldə sevilməyən Nikol Paşinyanın Ermənistan daxilində güclü dəstəyi var. Eyni zamanda, sülh müqaviləsini imzalaması müqabilində onun ABŞ-dan özünün və hakimiyyətinin təhlükəsizliyi üçün təminat aldığına şübhə yoxdur. Bu baxımdan, Rusiyanın Ermənistan daxilində törədə biləcəyi təxribat əks-effekt verə bilər.
Hələlik ayın axırına kimi vaxt var. Ukraynanın Rusiyaya qarşı əks-hücuma başlaması haqda məlumat dolaşır. Üstəgəl, bu ərəfədə Kremlin dronla Moskvaya ciddi mesajı idi. Son gəlişmələr Moskvanı xeyli əndişələndirib. Ona görə də sülh prosesinə mane olmaqçün Ermənistan daxilində siyasi sabitliyi pozmağa çalışacaq. Amma Ukrayna ordusunun uğurlu əks-hücumu Moskvanın diqqətini cəbhəyə yönəldəcək. Hazırda bu səbəbdən Cənubi Qafqaz tam diqqətindən kənarda qalıb.
Azərbaycana gəldikdə, Rusiyanın ölkəmizə təzyiq mexanizmi xeyli zəifləyib. Son addımlarımız da bunu göstərir”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar