Xəbər lenti
Bayraqdar Bakıdakı konqresə dəvət olundu

Manevr.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, dəvət Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST Türkiyə” festivalı çərçivəsndə “Azərkosmos”un pavilyonunu ziyarət edən S.Bayraqdara təqdim olunub.
"Azərkosmos" Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST Türkiyə” festivalı çərçivəsində 2-6 oktyabr tarixlərində Bakıda təşkil olunacaq Beynəlxalq Astronavtika Konqresi ilə bağlı aktiv təbliğat işləri həyata keçirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə milli pavilyonda təmsil olunan Azərkosmos festivalın iştirakçılarına Azərkosmosun fəaliyyəti və konqres haqqında geniş təqdimatlar nümayiş edib.
Festival çərçivəsində İstanbul şəhərində Azərbaycanın Baş Konsulluğu ilə birgə Türkiyənin aparıcı universitet və təhsil müəssisələrində – Boğaziçi Universiteti, Yedditəpə Universiteti, Yıldız Texnik Universiteti, “Baykar” şirkətinin də daxil olduğu Yıldız Qrup Texnoparkı, Qalatasaray Universiteti, İstanbul Texniki Universiteti, İbn Haldun Universitetinin rəsmi nümayəndələri ilə Bakı konqresinə həsr olunmuş görüşlər olub. Türkiyədən olan gənclər, tələbələr və alimlər konqresə qatılmaq üçün yüksək maraq göstəriblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar