Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda pasport rejimi ilə bağlı 2 şərt: Sənədi olmayanlar sərhədi necə keçəcək?

Tarix: 01-05-2023 17:46     Baxış: 3264 A- / A+
Azərbaycan Laçında sərhət nəzarət-buraxılış postu qurduqdan sonra Qarabağ ermənilərinin giriş-çıxışında heç bir problem yoxdur. Ötən gün yayılan görüntülərdən də bunu aydın görmək olur. Əslində bu cür yanaşma Qarabağda yaşayan ermənilər üçün tezliklə adiləşəcək. Onların fövqəladə səviyyəyə qaldırmağa çalışdığı məsələnin heç də qlobal problem olmadığı üzə çıxacaq. Bəlli olacaq ki, Azərbaycanın yaratdığı sərhəd-buraxılış məntəqəsindən keçid heç də Qarabağ ermənilər üçün faciə, ölüm-itim demək deyil.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, Qarabağdan Ermənistana gedib-gələn ermənilər Azərbaycan postuna sənədlərini göstərib istədikləri istiqamətə hərəkət edə bilirlər:
“Ola bilsin ki, sənədləri qaydasında olmayan bəzi ermənilər öz rəhbərlərindən Azərbaycan tərəfi ilə bu məsələni danışmağı xahiş edəcək. Bununla bağlı ümumi qayda ətrafında razılaşma ola bilər. Keçmiş Dağlıq Qarabağ rejiminə aid pasportlarla bağlı vəziyyət tam düzələnə kimi səbrli yanaşma sərgilənəcəyi şübhəsizdir. Amma burada boş yerdən hay-küy salanlar da olacaq. Amma bunlara əhəmiyyət vermək lazım deyil”.
Politoloq hesab edir ki, sərhəddə keçidin olması hər iki tərəf üçün sərfəlidir:
“Bununla da bir əsassız vahimə, qorxu, ölüm-itim hallarına da son qoyulacaq. Amma burada qondarma rejimin sənədi ilə keçiddən istifadə edənlər üçün bir müddət şərait yaradılmalıdır. Bu məsələlər qaydasına düşənə qədər belə davranmaq lazımdır. Amma şərt də o olmalıdır ki, həmin adamlar ya Ermənistan pasportu alıb Azərbaycanda xarici vətəndaş statusu ilə yaşamağa icazə almalıdır, ya da Azərbaycana sənəd almaq üçün müraciət etməlidir. Bu da sənədləşmələrlə ola bilər. Çünki Azərbaycanda 10 minlərlə xarici vətəndaş var ki, onlar bizim ölkədə yaşayır, işləyir”.
Zərdüşt Əlizadəyə görə, Qarabağ erməniləri əgər Azərbaycan pasportu almaq istəyəcəklərsə, burada heç bir əngəl və yaxud hansısa bir bariyer yoxdur:
“Eyni zamanda Ermənistan pasportu olan və Qarabağda yaşayan ermənilərin bu əraziyə keçidi sərbəstdir. Sadəcə olaraq bunların hamısının həllinə zaman lazımdır. Vaxt gələr Qarabağda yaşayan erməni üçün hansısa bir işini görmək üçün sənəd lazım olacaqsa o Azərbaycan pasportu almaqla bağlı müraciət edəcək. Burada heç bir faciə də yoxdur”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar