Xəbər lenti
Paşinyan Qarabağdakı separatçıları pulla ələ alır
Ermənistan Qarabağdakı separatçı rejimə növbəti dəfə pul ayırıb.
Belə ki, Ermənistan hökuməti aprelin 27-də keçirilən iclasda “2023-cü ilin büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi və Qarabağdakı separatçılara pul ayrılması barədə qərar qəbul edib. Ermənistanın dövlət büdcəsinin vergi daxilolmalarından Qarabağdakı separatçı rejimə 3,5 milyard dram ayrılması planlaşdırılır. Görünür, bütün etirazlara baxmayaraq, rəsmi İrəvan öz çirkin niyyətindən əl çəkmir. Onların, Xankəndidəki qondarma rejimə yenidən pul ayırması sülhdə maraqlı olmadıqlarını bir daha göstərdi. “Cümhuriyət” qəzetinə açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, başqa dövlətin Azərbaycan ərazisinə pul ayırması təcazüvün, düşmənçiliyin və aqressiyanın göstəricisidir:
“Bu, həm də o deməkdir ki, Ermənistan dediklərinə əməl etmir, həmçinin rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaqda və ərazi bütövlüyümüzü tanımaqda maraqlı olmadığı görünür. Əgər elə olmasaydı, Azərbaycan ərazisində yaradılan və hazırda sülhməramlıların nəzarətində olan bu qondarma quruma pul ayırmazdılar. Düşünürəm ki, rəsmi Bakı buna sərt təpki göstərməlidir”.
Politoloqun fikrincə, Ermənistanın bu addımı həm də daxili auditoriyaya hesablanıb:
“Məncə, bunu belə də qiymətləndirmək lazımdır. Çünki dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması və oranın Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülməsindən sonra Qarabağla Ermənistanın yolu kəsildi. Faktiki olaraq, onlar, bu yoldan əvvəlki kimi rahat istifadə edə bilməyəcəklər. Buna görə də ermənilər Baş nazir Nikol Paşinyana ciddi təpki göstərirlər. Onlar Ermənistanın və Rusiyanın hərəkətsizliyini tənqid edirlər. Ona görə də bu maliyyə ayırımını daxili auditoriyaya hesablandığını düşünürəm. Onlar bu addımı ilə Ermənistanın Qarabağdan əl çəkmədiyini və dəstək verməyə davam etdiyi görüntüsünü yaratmağa çalışırlar. Amma Paşinyanın daxili auditoriyasına nə hesabladığı bizi maraqlandırmamalıdır. Azərbaycan bunun qarşısını sərt və qəti şəkildə almalıdır. Bunun da yolu hərbi müstəvidən keçir”.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar