Xəbər lenti
“Lentsov 20 Yanvar qırğınında iştirak edibsə...” – Sabiq prezidentin köməkçisi
Aprelin 25-də Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına yeni komandan təyin edilib.
Məlumatı Rusiya Müdafiə Nazirliyi rəsmən təsdiqləyib.
Bildirilib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun yaxın adamı, Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov sülhməramlıların rəhbəri postuna gətirilib.
Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov vəzifəsindən azad edilib.
Sülhməramlıların yeni komandanı ilə bağlı isə bir sıra iddialar yayılıb. Belə ki, onun bir çox müharibələrdə, eləcə də Rusiyanın Azərbaycanda törətdiyi 20 Yanvar qırğınında iştirakçı olduğu ilə bağlı məlumatlar səsləndirilir.
Xatırladaq ki, 67 yaşlı Aleksandr Lentsovun 1978-ci ildə Ryazan Ali Hava-Desant Komandanlıq Məktəbini (Hərbi İnstitutun) bitirdiyi və SSRİ ordusunda hərbi xidmətə başladığı, Birinci və İkinci Çeçenistan müharibələrində, daha sonra Suriyada qanlı toqquşmalarda iştirak etdiyi onun bioqrafiyasında qeyd olunub. Eyni zamanda Lentsov 1989-1990-cı illərdə 137-ci Qvardiya Hava-Desant Alayının Qərargah rəisi vəzifəsində çalışıb. Bu alay 1947-ci ildə yaradılıb və bir çox münaqişələrə cəlb olunub.
Bildirək ki, 137-ci Qvardiya Hava-Desant Alayı 1990-cı ilin 20 yanvar tarixində Bakıda SSRİ ordusunun törətdiyi qətliamın iştirakçısı olub. Məhz Lentsov həmin vaxt Bakıda qırğınlar törədən 137-ci Qvardiya Hava-Desant Alayının Qərargah rəisi vəzifəsində çalışıb. Bundan əvvəl həmin qüvvələr Tbilisidə günahsız insanların qətlə yetirilməsində iştirak edib.
Əgər Lentsov həqiqətən 20 Yanvar qırğınında iştirak edibsə, o zaman Azərbaycan sülhməramlıların yeni komandanının təyinatına etiraz edə bilər?
Manevr.az-ın xəbərinə görə, siyasi şəhçi, sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələdə bir qədər təmkinli davranmaq lazımdır:
“Bu məlumatın erməni mətbuatında yayılması bizi düşünməyə sövq etməlidir. Bu baxımdan ki, hazırda ermənilər bütün vasitələrlə prosesi dayandırmağa çalışır. Bunun üçün də bütün təbliğat vasitələrindən istifadə edirlər. Digər tərəfdən isə 20 Yanvar hadisələri 33 il əvvəl baş verib. Əgər Lentsov bu proseslərdə iştirak edibsə, onun haradasa 30-33 yaşı olub və o dövrdə yüksək rütbəli zabit ola bilməz. Bu araşdırılmalı bir mövzdur. Lentsov o zaman da hərbçi və əmrə tabe olan biri olub. Onlara verilən əmr üzrə hərəkət ediblər. Amma bütün hallarda Azərbaycan bu məsələni araşdırıb öz mövqeyini bildirəcək. Amma bütün hallarda bu iddianın ermənilər tərəfindən ortaya atılması onların xoş niyyətli olmasından xəbər vermir. Sadəcə olaraq, bu da bir erməni variantıdır. Azərbaycan və bölgədə fəaliyyət göstərən Rusiya həbçiləri arasında bir gərginlik yaratmaq istəyirlər. Bu açıq görünən faktdır. Ona görə də biz bu cür məsələlərə bir qədər təmkinli yanaşmalıyıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar