Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni silahlıları ərazini tərk edəcəklər - Korotçenko

Tarix: 26-04-2023 20:10     Baxış: 3380 A- / A+


 
Regionda yeni reallıq formalaşır. Ermənistanı Üçtərəfli Bəyanata və yüksək səviyyədə digər razılaşmalara əməl etməyə yalnız Azərbaycan tərəfinin siyasi, diplomatik addımlarının hərbi xarakterli dəqiq tədbirlərlə uzlaşması məcbur edə bilər.
Manevr.az xəbər verir ki, bunu siyasi icmalçı, hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Azərtac-a müsahibəsində deyib.
"Xüsusi olaraq, indi Laçın – Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlamasından sonra de-fakto baş verənlər Azərbaycan nümayəndələrinin inzibatçılığı altında olacaq.
Başlıcası odur ki, erməni qanunsuz silahlı bölmələrinin çıxarılması bu gün regionun sülh yolu ilə inkişafı üçün zəruridir. Aydındır ki, təchizat və silah ehtiyatından məhrum olan qanunsuz erməni silahlı bölmələri faktiki olaraq çıxılmaz vəziyyətə düşüblər və ərazini tərk etməyə məcbur olacaqlar. Buna paralel olaraq, separatçı rejimin özünü buraxması, həmin əraziyə Azərbaycanın dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin gəlməsi, onların inzibatçılıq, sülh prosesi və əhalinin həyat fəaliyyətinin bütün sahələrini öz üzərinə götürməsi baş verməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin öz seçiminin etməsi – ya Azərbaycan vətəndaşı olması, yaxud özlərinə digər variantlar axtarması barədə hər kəsə məlum olan sözləri buna misaldır. Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərinə ölkənin hüquqi məkanına yenidən inteqrasiya etməyi təklif edib, lakin hələ ki, heç kim bu təklifə cavab verməyib. Ümid edirik ki, yeni reallıq Qarabağ ermənilərini yaranmış vəziyyəti daha sakit və sağlam qiymətləndirməyə, praktiki inteqrasiya prosesinə başlamağa vadar edəcək", - ekspert söyləyib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar