Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Xankəndinin meri olsam, ermənilərə qaz, işıq və suyu pulsuz verərəm”

Tarix: 26-04-2023 16:30     Baxış: 3267 A- / A+

Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. 
Partiya sədri Azərbaycanın aprelin 23-də Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qurmasından sonra Xankəndidə satışa çıxarılan evlərinin sayının artmasından söz açıb.
Xatırladaq ki, sonuncu qərardan sonra Xankəndi erməniləri öz mənzillərini 20-30 min dollar civarında satışa çıxarıblar. 
Öz növbəsində, H.Hacıyev xatırladıb ki, bu, bizim üçün böyük bir qələbədir, Laçın yolunda Azərbaycanın sərhəd xidməti ermənilərin yoxlanması ilə əlaqədar öz postunu qurub: 
“Əlbəttə ki, biz Bakıdan Xankəndiyə axın etsək, daha yaxşı olardı. Hər halda məsləhət bilinsə, gedib orada bu işləri sahmana sala bilərik. Özümüzlə də xeyli insanları oraya apara bilərik ki, gedib orada evlər alsınlar. Hətta Qərbi Azərbaycandan deportasiya edilən həmvətənlilərimizin ən böyük arzusu da Xankəndidə yaşamaq olub. Ona görə ki, relyef və bölgənin havası baxımından onlar da Qarabağa getmək arzusundadırlar. Biz onları Qarabağa apara bilərik”. 
MMP sədri xatırladıb ki, cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsində də bizim Xankəndidə üçrəngli bayrağımız dalğalanacaq:
“Bu gün ermənilər də oradan çıxıb gedirlər. Həmişə oradakı ermənilər ilə əlaqə saxlayıb onları başa salırıq ki, Azərbaycan dövlətinin rəhbərliyi altında bölgədə yaşasınlar, çünki onlara daha çox şərait yarada bilərik. Lakin separatçılar bu gün buna mane olsalar da, düşünürəm ki, qısa müddətdə bu da aradan qaldırılacaq. Biz bu gün də bu arzuda və istəkdəyik. Cənab Prezident hansı göstərişi verəcəksə, onu da edəcəyik. Lazım olsa, vuruşmaq, lazım da olsa işləməyə gedəcəyik”. 
“Məncə, yüzlərlə, hətta minlərlə insanın Xankəndidən mənzil alması çox yaxşı olar. Çünki bu, bizim öz torpağımızdır, oraya qayıtmalıyıq. Ermənilər tikib qoyublar o evləri, biz də onların pulunu verək, evlərini alaq ki, onlar da çıxıb getsinlər. Amma qalıb bayrağımız altında yaşamaq istəsələr, biz onlara hər cür şərait yaradacağıq”, - əlavə edib.
H. Hacıyev Xankəndinin meri olması barəsindəki arzularını da dilə gətirib:
“Məni Xankəndiyə mer təyin etsələr, ermənilərə qaz, işıq və suyu da pulsuz verərəm. Biz orada yeni fabrik və zavodlar da aça bilərik ki, onlar yeni iş yerləri ilə təmin edilsinlər. 
Hamısı onlardan asılıdır. Əgər yaxşı yaşamaq və gələcəklərini yaxşı görmək istəyirlərsə, ancaq qanunlarımız və rəhbərliyimiz altında yaşamalıdırlar”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar