Xəbər lenti
Qarabağda hansı ərazini anklav adlandırmaq olar? – Analitik izah edir
Bəzi müxalifətçilərin ötən gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziləri “anklav” adlandırması sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub.
Maraqlıdır, bəs “anklav” anlayışı nədir? Laçını, ya da Qarabağın istənilən bölgəsini “anklav” adlandırmaq düzgündürmü?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, “anklav”ın nə olduğunu bilmək üçün siyasi elmlər doktoru olmağa ehtiyac yoxdur:
“Hətta siyasətlə məşğul olmayan hər kəs bunun nə olduğunu internet üzərindən öyrənə bilər. Anklav – bir dövlətin ərazisində başqa bir dövlətə məxsus olan ərazidir. Bu ərazi dörd yandan başqa ölkənin, yaxud ölkələrin ərazisi ilə sərhəd olur, məxsus olduğu ölkə ilə quru əlaqəsinə malik olmur.
Buna konkret nümunə kimi Qazaxın işğal altındakı kəndlərini, eləcə də Naxçıvanın Kərki kəndini göstərmək olar. Bu kəndlər Ermənistandakı anklavlar hesab olunur. Azərbaycan ərazisində erməni anklavı yoxdur. Ermənistan Gədəbəyin Başkeçid kəndinə iddia edir, halbuki bu ərazi SSRİ dövründə sadəcə ermənilərin kompakt yaşadığı yer olub, amma siyasi və tarixi olaraq Ermənistana məxsus deyil.
Ümumilikdə Laçını, Qarabağı “anklav” adlandırmaq yumşaq desək, texniki yanlışlıqdır. Bunu belə təqdim edən şəxslər ya məsələdən xəbərsizdirlər, ya da burada ölkənin suverenliyinə qarşı manipulyativ oyunlar oynanılır. Halbuki anklavın nə olduğunu anlamaq üçün sadəcə internetdə axtarışa vermək kifayət edir, bu baxımdan Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasından dərhal sonra Qarabağın erməni anklavı olmasına dair iddiaların gündəmə gətirilməsi təsadüfi görünmür”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar