Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Moskvada dördtərəfli görüş keçirilib

Tarix: 25-04-2023 17:16     Baxış: 3259 A- / A+

Moskvada keçirilən Türkiyə-Rusiya-Suriya-İran dördtərəfli görüşdə Türkiyə-Suriya münasibətlərinin normallaşması sahəsində atıla biləcək konkret addımlar müzakirə edilib.

Manevr.az xəbər verir ki, görüşdən sonra Milli Müdafiə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, görüşlərin dörd formatda davam etdirilməsinin vacibliyi vurğulanıb.

Açıqlamada qeyd olunub ki; Milli Müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidan, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu 25 aprel 2023-cü il tarixində Moskvada İranın müdafiə naziri Məhəmməd Rza Aştiani və Suriyanın müdafiə naziri Əli Mahmud Abbas və Rusiya, İran və Suriya Kəşfiyyat İdarəsinin rəhbərləri ilə görüşüb.

Görüşdə Suriyada təhlükəsizlik vəziyyətinin gücləndirilməsi, Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması sahəsində atılacaq konkret addımlar, Suriyada hər cür terror təşkilatı və ekstremist qruplarla mübarizə, suriyalı qaçqınların öz torpaqlarına qaytarılması istiqamətində səylərin gücləndirilməsi müzakirə edilib.

Tərəflər Suriyanın ərazi bütövlüyünə hörmət etdiklərini təsdiqləyiblər. Konstruktiv şəraitdə keçən görüşün yekununda Suriyada və bütövlükdə regionda sabitliyin təmin edilməsi və qorunub saxlanması üçün kvadrat formatda görüşlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar