Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Onlar Allahşükür Paşazadəni saymırlar, cəmiyyətə mesaj verirlər ki...”

Tarix: 22-04-2023 17:30     Baxış: 3215 A- / A+


“Ölkənin bir şeyxi var, dini məsələlərlə bağlı o bir fətva verirsə, bu mütləq icra olunmalıdır. Belə çıxır ki, Qafqaz Müsəlmanlar İdarəsinin tabeçiliyində olan axundlar b qurumu saymırlar. Onlar cəzalandırılmalı, vəzifələrindən uzaqlaşdırılmalıdır”. 


Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib. Ötən gün QMİ-nin fətvasına baxmayaraq, bayram qeyd etməyən bəzi axundlar barədə danışan eks millət vəkili onları "beşinci kolon" adlandırıb: 
“Onlar hamısı İranın burdakı "beşinci kolon" şəbəkəsinə daxil olan adamlardır. Bütün İslam dünyası dünən Ramazanı qeyd etdi, hətta Londonda da Ramazan bayramı qeyd olundu. Belə bir şəraitdə bizim hansısa rayonun axundu bu addımı atırsa, bu artıq dövlətə qarşı getməkdir”.
Onun sözlərinə görə, belə insanlar Azərbaycanda Kərimə dövləti qurmaq istəyirlər:
“Məsələ o deyil ki, onlar Allahşükür Paşazadəni saymırlar, onlar Azərbaycanda Kərimə dövlətini qurmaq istəyənlərdir. Bu hərəkətlə cəmiyyətə bir növ mesaj verirlər ki, biz varıq, heç kəsin bizə gücü çatmaz. Bu barədə danışan deputat Ceyhun Məmmədov tamamilə düzgün vurğulayıb. Çünki Ceyhun bəy Azərbaycanda ilahiyyatı yaxşı bilən tək-tük adamlardan biridir. 
Belə insanlara qarşı tədbir görmək lazımdır. Bu cür axundlara təhlükəsizlik orqanları nəzarət etməlidir. Din dövlətdən ayrı olsa da dini qurumlar üzrə komitə var, Azərbaycanın dünyəvi dövlət olması ölkədə dini özbaşınalıq olmalıdır mənasına gəlmir. Bu dini təfriqədir, ayrıseçkilikdir. Ölkədə dini qarşıdurma yaratmaq istəyənlər məsuliyyətə cəlb olunmalıdır. Ən azı İnzibati Xətalar Məcəlləsinə görə 500 manatdan başlayaraq cərimə olunmalıdırlar. Ayrı cür bunun öhdəsindən gəlmək olmaz”. 
C.Nuriyevin sözlərinə görə, artıq bölgələr dini qarşıdurmanın astanasındadır:
“Artıq bölgələrdə də din məsələsi qarşıdurmaya doğru gedir. Bizim başımız bura qarışarkən biz Borçalını dini müstəvidə itirmişik. Çünki İran orada o qədər insanlarımızla işləyib ki… İslam bir cür olmalıdır, sünni təriqətini şiəyə çevirməklə nə qazanırlar? Bunun əsas məqsədi dövlət çevrilişi edib Azərbaycanda dini dövləti qurmaqdır”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar