Xəbər lenti
Ermənistan Qərbə də kələk gəlib: Cəzası ağır olacaq
Yaxın zamanda ABŞ və Avropa İttifaqı Ermənistanı ciddi və sərt şəkildə cəzalandıra bilər.
Ermənistan son iki ildə ABŞ və Avropa İttifaqından milyon dollar civarında idxal etdiyi İKT məhsullarını Rusiyaya ixrac edib. “New York Times” qəzetinin məlumatına görə, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqı ölkələrindən isə 212 faiz daha çox çip və prosessor idxal edib. Lakin Ermənistan həmin məhsulların 97 % -i Rusiyaya ixrac edib. ABŞ-ın ən nüfuzlu qəzetində Ermənistanın bu hərəkəti ilə bağlı məlumatların dərc olunması heç də təsadüfü ola bilməz.
Bildiyimiz kimi, Ermənistanda indiki hakimiyyət Qərbyönlüdür və Qərb dairələri ilə çox yaxın, sıx təmasları var. Paşinyan hakimiyyətinin Rusiyanın xeyrinə yürütdüyü siyasət ABŞ və Avropa tərəfindən heç bir vəchlə xoş qarşılanmayacaq.
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı politoloq Tural İsmayilov Cebhe.info-ya şərhində bildirib ki, Ermənistanın ikiyüzlü siyasət həyata keçirməsi hər kəsə bəllidir. Ermənistan hakimiyyəti Avropa İttifaqının missiyası adı altında Fransanın casus şəbəkəsini öz ölkəsinin ərazisinə buraxsa da, İrəvan hələ də Rusiyanın təsir dairəsindən uzaqlaşmayıb:
“ABŞ-ın beyin mərkəzləri və siyasi institutlarının hesabatlarında qeyd olunur ki, Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistandan məharətlə istifadə edir. Qərb Ermənistan və Rusiya arasında hər sahədə olan təmasları diqqətlə izləyir. Vaşinqton Ermənistanın Qərbdən idxal etdiyi İKT məhsullarını gizli yollarla Rusiyaya ixrac etməsini xoş qarşılamayacaq. Hesab edirəm ki, Qərb mediasında bu məlumatlar boşuna dövriyyəyə buraxılmayıb. Qərbin media şəbəkələri və institutları bu məsələni işıqlandırmaqla ABŞ və Avropanın Ermənistan üzərində daima nəzarətinin olduğunu görsədir. Bu gün Qərb Ermənistan və Rusiya arasında müxtəlif iş birliyi barədə çox yaxşı xəbərdardır. Bu kimi addımlar atmaqla Ermənistan heç bir hədəf güdmür. Ona görə ki, Ermənistanın özü normal müstəqil dövlət deyil. Rusiya və müxtəlif siyasi güc mərkəzləri Ermənistandan maşa kimi istifadə edirlər. Müstəqil siyasi idarəetməyə malik olmayan ölkədən ciddi və rasional qərarlar gözləmək qeyri-mümkündür. Vəziyyətin belə olmasında Ermənistanın ikiyüzlü siyasətinə göz yuman ABŞ və Avropa ölkələrinin rəsmiləri, eləcə də erməni lobbisinin təsiri altında olan ABŞ konqresmenləridir”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar