Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Lalə Şövkət və Etibar Məmmədov siyasətə geri dönür?

Tarix: 20-04-2023 09:47     Baxış: 3270 A- / A+


"Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra siyasi arenada yeni konfiqurasiyanın yaranacağı istisna edilmir. Hazırda partiyalar yeni qanundan irəli gələn müddəalara uyğunlaşmağa çalışırlar. 
Bir sıra partiyalar yeni konfiqurasiyada yer ala bilməyəcəklərini anladıqlarından öz fəaliyyətlərini dondurur. Eyni zamanda, bəzi partiyaların birləşəcəyi barədə fikirlər səslənir. 
Çünki hazırda fəaliyyətdə olan partiyaların çoxunun 5 min üzv sayını toplaya bilməyəcəyi mövzusunda siyasi şərhçilərin əksəriyyəti həmfikirdir. Bu müstəvidə aydındır ki, yeni siyasi mühitdə ətrafına üzv yığa biləcək çəkiyə malik siyasi fiqurlar meydanda qalacaqlar. Belə siyasi fiqurlar arasında isə Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətlə Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədovun adı xüsusi olaraq çəkilir. 
Əksər partiyaların fəaliyyətini dayandırması fonunda son zamanlar məhz bu iki təşkilatın yeni-yeni üzvlər qəbul etmək istiqamətində aktivləşdiyi hiss olunur. Bu yaxınlarda 12 partiyanın ALP-yə birləşəcəyi məsələsi gündəmə gəldi. Mətbuatda həmçinin Ağ Partiya, Azərbaycan Xalq və Böyük Azərbaycan Partiyalarının isə AMİP-ə birləşəcəyi barədə məlimatlar yer alıb. 
Yaranmış vəziyyətdə uzun müddətdir ki, siyasi arenada görünməyən Lalə Şövkətlə Etibar Məmmədovun yenidən siyasətə qayıdaraq, yeni konfiqurasiyada yer ala biləcəkləri ehtimalı daha böyükdür. 

Hər iki siyasi lider 1990-cı illərdə müxalifətin aparıcı simalarından hesab olunurdular. Lakin sonrakı illərdə onların hər ikisi siyasətdən əl-ətəklərini çəkdilər. Doğrudur, AMİP lideri zaman-zaman mətbuata açıqlamaları ilə gündəmə gəlir. Lalə Şövkət isə sözün əsl mənasında "mətbuatın üzünə qapılarını bağlayıb” desək, yanılmarıq.
İstənilən halda, partiyalar haqqında yeni qanunun qəbulundan sonra müxalifətdə olan qüvvələr arasında məhz bu iki siyasi təşkilatda müəyyən canlanmanın olduğu göz önündədir. Hətta ALP-nin indiki sədri Əvəz Temirxan bir müddət əvvəl açıqlamasında Lalə Şövkətin qayıtma ehtimalına işarə vurmuşdu. Eyni zamanda, Etibar Məmmədovun da siyasətə qayıdacağı ilə bağlı xəbərlər yayılır. 
Aydın məsələdir ki, onların yenidən siyasi arenaya qayıdışı partiyalar haqqında qəbul edilən yeni qanunla bağlıdır. Belə ki, yeni qanunun yaradacağı konfiqurasiya ilk növbədə məhz bu iki fiqurun müxalifət liderləri kimi qayıdışlarını mümkün edir. 
Ələxsus da ona görə ki, siyasi arenanın müxalif qanadında təmsil olunanların əksəriyyəti bir-birini həzm edə bilmir. Onlar fəaliyyətdə olduqları müddətdə yürütdükləri siyasətlə artıq əvvəlki nüfuzlarını böyük ölçüdə itiriblər. 
Bu səbəbdəndir ki, uzun zamandır siyasətdən kənarda qalsalar belə, adları unudulmayan Lalə xanım və Etibar bəyin müxalifətin bəlli kəsimlərini öz ətraflarında toplamaq potensialı böyükdür. Hər iki müxalif lider indiki halda, ətrafına üzv yığmaq gücündə olan fiqurlardır. 
ALP və AMİP-ə bir sıra partiyaların birləşəcəyilə bağlı yayılan informasiyalar da göstərir ki, müxalifət daxilində proses məhz bu istiqamətdə gedə bilər.bizim.media

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar