Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əjdər Ol əfv ərizəsi yazıb? - VƏKİL

Tarix: 19-04-2023 13:44     Baxış: 3220 A- / A+


Əjdər Ol əfv ərizəsi yazıb? - VƏKİL

May ayında ölkə başçısının əfv sərəncamı imzalaması gözlənilir.
Mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illliyi ilə əlaqədar imzalanacağı gözlənilən əfv sərəncamında tanınmış şəxslərdən kimlərin adının olması cəmiyyəti maraqlandırır. 
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından verilən məlumata görə, bu günədək 1500-dən çox müraciətə baxılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbs olunan keçmiş aparat rəhbəri, “Əjdər Ol” təxəllüslü şair Əjdər Cəbiyevin də müraciət edənlər arasında olması müzakirə olunur.
Manevr.az xəbər verir ki, şairin vəkili Teymur Baloğlanlı cebhe.info-ya açıqlamasında müraciət üçün ərizə formasını hazırladığını deyib:
“Əjdər Cəbiyevin özü və ya yaxın ailə üzvü onun əfv olunması üçün müraciət etməlidir. Çoxdandır görüşə bilmirəm, ərizə formasını hazırlayıb vermişdim, həmin ərizəni göndərib- göndərmədiyini təsdiq edə bilmirəm. Yəqin ki, müraciət edib. Mən hüquqlarını izah etdim ki, müraciət edə bilər, amma edib-etmədiyindən əmin deyiləm”.
Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Əjdər Cəbiyev 8 il 6 ay müddətinə həbs edilib.
Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisistdir. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev də mətbuata açıqlamasında şairin əfvi üçün prezidentə müraciət etdiyini bildirib. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar