Xəbər lenti
İrəvanda Rusiya düşmənçiliyi artır: Qazanan Azərbaycan olacaq
“Ermənistan və Rusiya arasında münasibətlərin ziddiyyətli və gərgin olması Azərbaycana sərf edir”.
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Elçin Xalidbəyli Cebhe.info-ya açıqlamasında Ermənistanda son zamanlar anti-Rusiya əhval-ruhiyyəsinin yüksəlməsi barədə danışarkən bildirib. Söhbət əsnasında o deyib ki, beynəlxalq siyasi güclər Ermənistanda hazırki siyasi vəziyyətdən sui-istifadə etməyə çalışırlar"
“Ermənilərin Rusiya haqqında nə düşünmələri o qədər də önəmli deyil. Çünki Ermənistan kiçik və heç bir strateji əhəmiyyəti olmayan bir ölkədir. Lakin əsas problem ondan ibarətdir ki, beynəlxalq siyasi güclər, xüsusilə ABŞ və Avropa İttifaqı Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsindən Kremlə qarşı istifadə etməyə çalışırlar. Onların məqsədi Rusiyanı Ermənistandan, sonrakı mərhələlərdə isə Cənubi Qafqazdan çıxartmaqdır. Bildiyimiz kimi, Ermənistan Rusiyanın hərbi müttəfiqidir, KTMT-nin üzvüdür, yəni Moska Cənubi Qafqazda əsasən Ermənistan üzərində dayanıb. Əgər Ermənistan ABŞ və Avropa İttifaqı tərəfindən təmamilə ələ alınarsa, bu, Rusiyanın regionda təsir dairəsinə böyük ölçüdə zərbə vuracaq. Düzdür, Ermənistan siyasi və iqtisadi baxımdan Rusiya üçün ciddi ölkə hesab edilmir, ancaq geostrateji anlamda bu ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin Moskva üçün ağır nəticələri ola bilər”.
Elçin Xalidbəyli qeyd edib ki, Azərbaycan da öz maraqları üçün Moskva və İrəvan arasında münasibətlərin gərginləşməsindən sui-istifadə edə bilər.
“Rusiya ilə Ermənistan arasında münasibətlərin korlanması, erməni əhalisinin Rusiyanın əlehinə çevrilməsi Azərbaycana müəyyən manevr imkanları verə bilər. Aydındır ki, bu iki dövlətin münasibətlərində ciddi problemlərin yarandığı, hətta münasibətlərin daha da gərginləşdiyi təqdirdə Rusiyanın Ermənistana təzyiqləri və təhdidləri artacaq. Artıq Rusiyanın siyasi dairələri açıq şəkildə Ermənistanın müstəqil dövlət olmadığını bəyan edirlər. Ermənistanın mübahisəli ərazi olduğunu, bu ölkənin SSRİ-dən qanunsuz ayrılması və öz müstəqilliyini elan etməsi ilə bağlı bəyanatlar səsləndirirlər. Bildiyimiz kimi, Rusiya keçmiş SSRİ-nin varisidir. Bu baxımdan Kremlə bağlı bəzi dairələr hesab edirlər ki, beynəlxalq hüquqa görə Ermənistan Rusiyanın ərazisi sayılmalıdır. Buna görə də Rusiya bir sıra siyasətçilər və siyasi ekspertlərin dili ilə İrəvana çatdırmağa çalışır ki, Ermənistanın müstəqilliyi real deyil və Moskva istənilən vaxt bu ölkənin suverenliyini ləğv edə bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar