Xəbər lenti
Daha bir neçə partiya fəaliyyətini dayandırır - SİYAHI
"Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə cavab verməyən partiyalar ard-arda fəaliyyətini dayandırır. Artıq fəaliyyətini dayandıran partiyaların sayı 13-ə çatıb.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, proses davam edəcək. Yaxın vaxtlarda daha bir neçə partiya özünü buraxdığını bəyan edəcək. Bu sırada Azərbaycan Milli Dövlətçilik Partiyası (AMDP), Cümhuriyyət Xalq Partiyasının (CXP) və Müstəqil Xalq Partiyasının (MXP) adı çəkilir.
AMDP 1994-cü ildə qeydiyyata alınıb. Partiyanın sədri Nemət Pənahlıdır.
CXP və MXP isə 2020-ci ildə qeydiyyata alınıb. Birincinin sədri Bədrəddin Quliyev, ikincinin sədri isə Əflan İbrahimovdur.
Yanvar ayında "Siyasi partiyalar haqqında” yeni qanun təsdiqlənib. Yeni qanuna görə siyasi partiyaların qeydiyyatdan keçməsi üçün minimum 5000 üzv lazımdır.
Partiyaların əksəriyyəti bu tələbə cavab vermədiyinə görə onlara iyul ayına qədər vaxt verilib. Bu müddət ərzində də 5000 üzv toplamaq iqtidarında olmayan partiyalar ya birləşmək, ya da fəaliyyətini dayandırmağa üstünlük verir.
Bu günə qədər aşağıdakı partiyalar fəaliyyətini dayandırıb:
Müstəqil Azərbaycan Partiyası
Azərbaycan Vahid Kommunist Partiyası
Azərbaycan Sosial Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası
Milli Vəhdət Partiyası
Azərbaycan Sosial Rifah Partiyası
Azərbaycan Naminə Alyans Partiyası
Azərbaycan Təkamül Partiyası
Birlik Partiyası
Azərbaycan Azad Respublikaçılar Partiyası
Azərbaycan Respublikaçılar Partiyası
Yeni Yol Partiyası
Azərbaycan Milli Demokrat Partiyası (Bozqurd)
Partiyaların birləşməsinə gəlincə, hələlik belə bir fakt yoxdur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar