Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan və Qazaxıstan müttəfiliyi yeni səviyyəyə yüksəldi” – Aqil Məmmədov

Tarix: 13-04-2023 11:43     Baxış: 5250 A- / A+

“Azərbaycan və Qazaxıstan müttəfiliyi yeni səviyyəyə yüksəldi” – Aqil Məmmədov

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaş Qazaxıstana səfəri və burada imzalanmış müqavilələr, verilən bəyanatlarla iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Azərbaycanla Türkiyə arasında olan yüksək müttəfiqlik ruhu, eynilə Azərbaycanla Qazaxıstan arasında qurulur. Bu münasibətlərin memarı isə prezidentlər İlham Əliyev və Qasım Jomart Tokayedir”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkilinin sözlərinə görə iki qardaş ölkə arasında üstün münasibətlər Orta Asiyanın digər respublikaları üçün də bir nümunədir: “Azərbaycan Prezidenti Qazaxıstandan bir neçə gün əvvəl Tacikistanda səfərdə idi. Daha əvvəl isə Prezidentimizin Özbəkistana, Qırğızıstana çox uğurlu, yaddaqalan səfərləri olmuşdu. Cənab Prezident Orta Asiya ölkələrinə xüsusi önəm verir. Bu həm siyasi, həm də iqtisadi baxımdan qiymətləndirilməlidir. Bu dövlətləri ümumi tarix və mədəni köklər əsasında birləşdirməklə yanaşı, eyni zamanda, sıx iqtisadi və siyasi maraqlar da çox önəmli maraq kəsb edir. Azərbaycan Orta Asiya üçün Avropa bazarlarına açılan qapı, gedən yoldur.  Azərbaycan öz ərazisndə həm şərq-qərb, həm şimal-cənub istiqamtlərində müxtəlif nəqliyyat xəttlərini qurub. Gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizi isə bu kommunikasiya xətləri içərisində xüsusi yer tutacaq. Bu baxımdan, Xəzərin o tayındakı dövlətlərin Azərbaycanla nəqliyyat sahəsində işbirliyinə can atması anlaşılandır”.
A.Məmmədov bildirib ki, Azərbaycanın Orta Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşıb: “Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı qeyd etdi ki, ”Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir”. Qazaxıstanla Azərbaycanın müasir tarixdə münasibətlərinin qurucuları Heydər Əliyev və Nursultan Nazarbayevdir. Bu gün də bu münasibətlər dövvlət başçıları tərəfindən uğurla davam etdirilir. Səfər zamanı imzalanan müqavilələr əməkdalığımıza yeni rəng qatacaq. Qazaxıstanın işğaldan azad olunmuş Füzuli rayonunda inşa etdiyi gənclərin yaradıcılıq məktəbi böyük qayıdış prosesinə qardaş ölkənin bir hədiyyəsidir. Bu eyni zamanda, bütün dünyaya bir mesajdır ki, bundan sonra türk xalqları daim bir yerdə olacaqlar, bir yerdə güclənərək dünya düzənində öz layiqli yerini tutacaqlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar