Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Laçın təxribatını onun üstünə atdı

Tarix: 13-04-2023 08:36     Baxış: 3196 A- / A+


   
Nikol Paşinyan Sərhəd Qoşunlarının komandanı Arman Maralçyanı vəzifəsindən uzaqlaşdırıb. Sərhəddə baş verən son döyüşlərdən sonra bu qərarın verilməsi o nəticəni ortaya çıxarır ki:
- Ermənistanın verdiyi itkilərin günahı Maralçyanın üzərinə qoyuldu;
- SQ komandanı təxribat əməliyyatını uğurla həyata keçirə bilmədiyi üçün cəzalandırıldı.
Lakin Nikolun bu qərarı iki kontekstdə xüsusilə diqqət çəkir: erməni baş nazir parlamentdə çıxışı zamanı ordudakı “5-ci kolon”dan danışdı; Zaxarova bəyan etdi ki, Avropa İttifaqı missiyasının gəlişi fonunda Azərbaycan-Ermənistan sərhədində gərginliyin olacağını proqnozlaşdırmışdıq;
Baş verən toqquşmanın nəticələri – erməni tərəfinin verdiyi itkilər, Rusiyanın AB misiyası haqda proqnozunun doğru çıxması və missiyanın sərhəddə gərginliyin aradan qaldırılmasında nəticə əldə etməməsi diqqəti Moskvanın üzərinə yönəldir: ruslar erməni ordusunun daxilində onlara bağlı olan “beşinci kolonu” hərəkətə keçirib, Maralçyan təxribat hücumunu təşkil edib, nəticə etibarilə toqquşma yaşanıb və AB missiyası uğursuz olub, Rusiya haqlı çıxıb.
Nikolun “beşinci kolon”la bağlı dediyi buna işarədir və Zaxarovanın sözləri “daşları yerinə qoyur”. Lakin təxribatın siyasi hədəfləri fonunda erməni baş nazirin hücumda Rusiyaya işarə etməsi bunun İrəvanın yeni gedişi ola biləcəyini də istisna etmir:
- Təxribatla hərbi eskalasiya yaradılır və Rusiyanın Ermənistanın təhlükəsizliyində rol oynamadığı yenidən aktuallaşır;
- Avropa Birliyinə baş verənlərə görə günahkarın Ermənistan hakimiyyəti yox, Rusiyanın “beşinci kolon”u olduğu mesajı verilir;
- AB missiyasının zəruriliyi bir daha nümayiş etdirilir və istisna deyil ki, mülki missiyanın hərbiləşdirilməsi məsələsi də aktuallaşa bilər (Ermənistanın Rusiyanın yerini AB ilə yanaşı, İranla da doldurmaq istədiyi unudulmamalıdır);
- Paşinyan baş verənlərdən orduda təmizləmələr üçün də istifadə edə bilər.
Proseslər göstərir ki, Azərbaycan-Ermənistan sərhədində çoxtərəfli oyun gedir.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar