Xəbər lenti
İranla hərbi qarşıdurma olarsa, Azərbaycanı ilk dəstəkləyəcək dövlətlər bunlardır – Siyahı
İranla gərginlik davam etdikcə buna səbəb kimi müxtəlif versiyalar səsləndirilir. ABŞ və İsrail kimi ölkələrin bu gərginliyin artmasında, hərbi toqquşamaların yaşanmasına maraqlı olduqları bildirilir.
Yaxın tarixə baxdıqda isə məlum olur ki, Azərbaycan hökuməti heç vaxt hansısa dövlətin avantürasına uyaraq addım atmayıb, qərar verməyib. İranla münasibətlərin kəskinləşməsinə səbəb isə Tehranın Bakıya qarşı aqressiv münasibəti və qonşuluğa yaraşmayan təxribatları, terror aktlarıdır.
Bəs prosesin gedişatında hərbi toqquşma gözlənilə bilərmi? Belə olacağı təqdirdə, Bakını hansı qüvvələr dəstəkləyəcək?
Manevr.az-ın xəbərinə görə, mövzunu globalinfo.az-a şərh edən politoloq Mətin Məmmədli bəzi nüansların məntiqə uyğun olmadığını söyləyib:
“İranın Azərbaycanla münasibətlərinin gərginləşməsində müəyyən güc mərkəzləri maraqlı ola bilər. Amma bunun əsas səbəbkarı birbaşa İranın özüdür. Xüsusilə Vətən müharibəsindən sonra Tehranın Cənubi Qafqazda həyata keçirdiyi siyasət, Azərbaycana yönəlik addımları iki ölkə arasında münasibətlərin kəskinləşməsində əsas rol oynayır. Bunu bir kənara qoyub üçüncü dövlətlərdə günah axtarmaq məntiqli deyil. Tehranın Bakıya qərəzli münasibəti əlaqələrin indiki səviyyəyə çatmasına səbəb oldu. Açığı iki ölkə arasında böyük müharibə olacağını düşünmürəm. Amma müəyyən lokal toqquşmaların yaşanma ehtimalı var”.
Politoloq hərbi münaqişənin olacağı təqdirdə Azərbaycana dəstək olacaq dövlətləri nəzərə çatdırıb:
“İranla hərbi qarşıdurma olarsa Azərbaycanı ilk dəstəkləyəcək dövlət Türkiyədir. Bakı ilə Ankara ən yaxın siyasi və hərbi-strateji müttəfiqdirlər. Bu müttəfiqliyin isə çox ciddi hüquqi-siyasi bazası var. Ölkələrimiz arasında imzalanan Şuşa Bəyannaməsi, hətta 2010-cu ildə “Azərbaycanla Türkiyə Cümhuriyyəti arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” imzalanan müqavilə, iki ölkə arasında münasibətlərin xarakteri bunu deməyə əsas verir.
Digər strateji tərəfdaşımız olan dövlətlər də var. Həmçinin bu yaxınlarda ABŞ-ın dövlət katibi Entoni Blinken də Konqresdə çıxışı zamanı Azərbaycanın İranla uzun sərhədlərinin olduğunu və onun qorunmasının vacibliyini qeyd etmişdi.
Azərbaycanın İsraillə də ciddi tərəfdaşlıq münasibətləri mövcuddur ki, bu həm də təhlükəsizlik sahəsini əhatə edir. Moskva ilə Bakı arasında da müttəfiqlik haqqında bəyannamə imzalanıb. Doğrudur, həmin bəyannamə hələ ki, hər iki ölkənin parlamentlərində təsdiq olunmayıb. Amma yenə də Rusiya hüquqi baxımdan Azərbaycana hər hansı formada yardım göstərə bilər”.
M.Məmmədli ekspertlərin Təbrizdəki konsulluğumuza hücumla bağlı xəbərdarlığını dəyərləndirib:
“İran elə bir dövlətdir ki, onunla bağlı irəli sürülən iddiaların reallaşma ehtimalı çoxdur. İranın sadəcə bizimlə deyil, başqa dövlətlərlə də problemi var. Tehranın gərginlik yaşadığı ölkələrlə bağlı ilk addımı diplomatik nümayəndəliklərə basqınlar, terror aktları həyata keçirməkdir. Bu baxımdan Təbrizdəki konsulluğumuza hücum ehtimalı gözardı edilməməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar