Qazaxıstan Azərbaycan vasitəsilə ixrac olunan neftin həcmini artırmaq niyyətindədir.
Manevr.az report-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə mətbuat konfransında deyib."Biz enerji sahəsində əməkdaşlığın qurulmasına xüsusi diqqət yetirmişik. Bu gün bizim prioritet vəzifəmiz enerji resurslarının dünya bazarlarına çatdırılmasını daha da şaxələndirməkdir. Bildiyiniz kimi, bizim sazişlər sayəsində bu il Azərbaycan vasitəsilə Qazaxıstan neftinin ilk partiyası yola salınıb. Növbəti addım tədarükün həcmini artırmaq və bunun uzunmüddətli, sabit olmasını təmin etməkdir”, - Tokayev bildirib.
O, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının tam reallaşdırılmasının vacibliyini qeyd edib. "Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, birgə nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistika dövrəsinin yaradılmasından gedir. Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin səmərəli həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Bu marşruta artan maraqdan tam şəkildə yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü dövlətləri cəlb etmək barədə razılığa gəlmişik. Bütün bu tədbirlər, o cümlədən beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq Şərq-Qərb istiqamətində yüklərin sabit və operativ çatdırılması təmin edəcək”, - Qazaxıstan Prezidenti deyib.
Tokayev xatırladıb ki, hazırda iki ölkə arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi üzrə fəal iş aparılır. "Bu layihənin strateji əhəmiyyətini nəzərə alaraq, onun vaxtında işə salınmasını təmin etməyi tapşırmışıq. Bununla yanaşı, azərbaycanlı tərəfdaşlara dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində birgə layihələrin həyata keçirilməsi, eləcə də İT startapları üçün Qazaxıstan platformalarından istifadə etməti təklif etmişik”, - dövlət başçısı vurğulayıb.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar