Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstan və Azərbaycan arasında Ali Dövlətlərarası Şura yaradılacaq

Tarix: 10-04-2023 16:29     Baxış: 3279 A- / A+

“Qazaxıstan və Azərbaycan Ali Dövlətlərarası Şura yaradacaq”.
“Sputnik-Kazakhstan” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə danışıqlar zamanı deyib.
Tokayevin sözlərinə görə, Azərbaycan Prezidentinin Astanaya səfəri iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. O, ötən il Bakıda “Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiq qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında” Bəyannamənin, eləcə də “2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında” Kompleks Proqramın imzalandığını xatırladıb.
"Bu gün də bir sıra mühüm sənədlər qəbul olunub. Bundan əlavə, biz Ali Dövlətlərarası Şura yaradırıq ki, bu da şübhəsiz ki, ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcək", - Qazaxıstan Prezidenti bildirib.
Tərəflər mədəniyyət sahəsində əlaqələrin dərinləşdiyini xüsusilə qeyd ediblər.
Tokayev iki ölkənin mədəniyyət ongünlüklərinin keçirilməsi ilə bağlı əldə olunan razılaşmanın əhəmiyyətini vurğulayıb və elə bu il Qazaxıstanın Mədəniyyət Günlərinin baş tutacağını qeyd edib.
O bildirib ki, Azərbaycan liderinin səfər proqramına Astana şəhərində Heydər Əliyevin adını daşıyan küçənin açılışı da daxildir.
“Bu gün biz Azərbaycanın Prezidenti ilə birlikdə görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin açılışında iştirak edəcəyik. Bu hadisə Azərbaycan xalqının dahi oğlunun yüz illik yubileyinə həsr olunur”, - Tokayev qeyd edib.
Qazaxıstan Prezidenti ölkələrimiz arasında səmimi dostluğun və qarşılıqlı dəstəyin daha bir bariz sübutu kimi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikilməsini göstərib və bunun Qazaxıstan xalqı adından hədiyyə olduğunu bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar